Accessibility links

Şimali Koreya: ABŞ bizim tələblərimizi qeydsiz-şərtsiz qəbul etməlidir


Donald Tramp və Kim Conq Un
Donald Tramp və Kim Conq Un

Şimali Koreyanın yüksək vəzifəli rəsmisi şənbə günü deyib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın tələblərini qeydsiz-şərtsiz qəbul etmədiyi təqdirdə onlar nüvə danışıqlarını bərpa etməyəcək.

“Biz bir il yarımdan çox müddətdir ki, ABŞ-la vaxt itirmişik”, Şimali Koreyanın vitse xarici işlər naziri Kim Kye Qvan bildirib. Bu barədə Koreya Mərkəzi Xəbər Agetnliyi xəbər verib.

O deyib ki, Kim Conq Unun ABŞ prezidenti Donald Trampla münasibətləri müsbət olaraq qalır. O, Trampın bu yaxınlarda Kimi doğum günü münasibətilə təbrik etdiyini bildirib.

“Amma bu şəxsi məsələdir və bizim dövləti təmsil edən və dövlətin xeyrinə çalışan sədrimiz qərarları şəxsi münasibətlərə əsaslanaraq verməyəcək”, o əlavə edib.

“Dialoqun baş tutması üçün ABŞ bizim tələblərimizi qeydsiz-şətsiz qəbul etməlidir. Lakin biz birilik ki, ABŞ buna hazır deyil və ya bunu edə bilməz”, o söyləyib.

Şimali koreyalı diplomat onların tələblərinin nə olduğunu deməyib. Şimali Koreya mütəmadi olaraq beynəlxalq və ABŞ sanksiyalarından, habelə ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimlərindən və silah satışından şikayətlənir.

ABŞ-la Şimali Koreya arasında danışıqlar fevral ayında Tramp və Kimin Hanoyda keçirdiyi sammit heç bir nəticə verməyədən bəri dayandırılıb. Həmin sammitdə liderlər Şimali Koreyanın nüvə proqramını ləğv etməsi müqabilində sanksiyaların aradan qaldırılması məsələsi üzərində fikir ayrılıqları yaşadı.

Kim Kye Qvan deyib ki, “Vyetnamdakı kimi danışıqlar olmayacaq. Orada biz BMT-nin bəzi sanksiyalarının aradan qaldırılması müqabilində ölkənin əsas nüvə təsisini təklif etmişdik”.

Tramp və Kim son iki il ərzində bir-birilərinə özəl məktublar göndərib. Tramp həmçinin ikilinin telefonda danışdığına da işarə edib. Tramp ötən həftə onların münasibətlərinin “çox yaxşı” olduğunu təkid edib, baxmayarq ki, ABŞ-la Şimali Koreya arasında danışıqlar dayandırılıb.

Doğum günü təbriki

Şimali Koreyanın milli təhlükəsizlik müşaviri Çun Yuy-Yon cümə günü Birləşmiş Ştatlar prezidenti Donald Trampın Şimali Koreyanın lideri Kim Con Una doğum günü münasibəti ilə təbrik mesajı göndərdiyini bildirib.

Bu həftə Trampla Vaşinqtonda görüşən Çun jurnalistlərə Şimali Koreyaya mesajın çoxdan verildiyini və onun mesajı cümə axşamı təqdim etdiyini deyib.

"Görüşdüyümüz gün Kim Con Unun doğum günü idi. Prezident Tramp bunu xatırladı və mesajı ona çatdırmağımı istədi" - deyə, Çun Şimali Koreyaya qayıtdıqdan sonra bildirib.

Baxmayaraq ki, rejim bu tarixi gizli saxlayır, Kimin ad gününün yanvarın 8-i olduğu güman edilir. Birləşmiş Ştatlar hökuməti Kimin doğum ilinin 1984-cü il olaraq qeyd etdiyi üçün bu il onun 36 yaşı tamam olur.

Milli təhlükəsizlik müşaviri mesajın yazılı, və ya doğum günü azrularından əlavə mesaja başqa bir şey daxil olub olmadığını deməyib.

Çərşənbə günü Çun eləcə də ABŞ-ın Şimali Koreyadakı xüsusi elçisi Stefen Biqunla görüşüb və Briləşmiş Ştatlarla Koreya Respublikası (Şimali Koreya) arasındakı əlaqələrin yaxın olduğunu bir daha dilə gətirib.

XS
SM
MD
LG