Şimali Koreyanın milli təhlükəsizlik müşaviri Çun Yuy-Yon cümə günü Birləşmiş Ştatlar prezidenti Donald Trampın Şimali Koreyanın lideri Kim Con Una doğum günü münasibəti ilə təbrik mesajı göndərdiyini bildirib.
Bu həftə Tramola Vaşinqtonda görüşən Çun jurnalistlərə Şimali Koreyaya mesajın çoxdan verildiyini və o, mesajı cümə axşamı təqdim etdiyini deyib.
"Görüşdüyümüz gün Kim Con Unun doğum günü idi. Prezident Tramp bunu xatırladı və mesajı ona çatdırmağımı istədi" - deyə, Çun Şimali Koreyaya qayıtdıqdan sonra bildirib.
Baxmayaraq ki, rejim bu tarixi gizli saxlayır, Kimin ad gününün yanvarın 8-i olduğu güman edilir. Birləşmiş Ştatlar hökuməti Kimin doğum ilinin 1984-cü il olaraq qeyd etdiyi üçün bu il onun 36 yaşı tamam olur.
Milli təhlükəsizlik müşaviri mesajın yazılı, və ya doğum günü azrularından əlavə mesaja başqa bir şey daxil olub olmadığını deməyib.
Çərşənbə günü Çun eləcə də ABŞ-ın Şimali Koreyadakı xüsusi elçisi Stefen Biqunla görüşüb və Briləşmiş Ştatlarla Koreya Respublikası (Şimali Koreya) arasındakı əlaqələrin yaxın olduğunu bir daha dilə gətirib.