ABŞ-ın Milli Parklarına səfərimin növbəti dayanacağı dünyanın ən isti yerlərindən biri olan Ölüm Vadisidir. Kaliforniyanın cənub qərbində, Moxave səhrasında yerləşən və 250 km boyunca uzanan bu vadi uzun müddət qərbə köç edən insanları qorxuya salıb.