19-cu əsrin sonlarında yaşanan qıtlıq və quraqlıq illərində bir qadın dəstəsinə rəhbərlik edərək, Təbrizdə hakimiyyətə qarşı üsyan hərəkatına başlayan Zeynəb Paşanın həyatı ilə bağlı hazırlanmış “Paşa” tamaşası Beynəlxalq Fəcr Teatr Festivalında müsabiqədə nümayiş etdiriləcək.
Rejissor Nazila Yaranzadın rəhbərliyi ilə türk dilində hazırlanmış tamaşa yanvar ayında 36-cı dəfə keçiriləcək Beynəlxalq Fəcr Teatr Festivalında musabiqə göstəriləcək. Paşa tamaşası Şərqi Azərbaycanın seçimi olaraq festivala qatılıb.
Tamaşa avqust ayında Təbrizdə səhnəyə qoyulub. Şərqi Azərbaycan Teatr Dərnəyinin rəhbəri Babək Nəhreynin sözlərinə görə, Zeynəb Paşanın mücadiləsi xəyali bir hekayə ilə tamaşada təsvir edib.
“Zeynəb Paşa qadının tarixdəki yerini təsvir etmək üçün ən yaxşı xarakterlərdən biridir. O, dönəmin patriarxal toplumunda 40 qadınla bərabər məzlumlara yardım üçün dəyərli bir hərəkat başlatmışdı,” deyə Babək Nəhreyn söyləyib.
Zeynəb Paşa qıtlıq və quraqlıq illərində taxil və qida məhsullarını anbarlarda saxlayan “möhtəkir”lərə qarşı mücadilə edib.
Tarixi sənədlərdə adı “Bibi Şah Zeynəb” və “Zeynəb Bacı” olaraq da keçən Zeynəb Paşanın həyatı, eləcə də doğum və ölüm tarixləri haqqında dəqiq məlumat yoxdur.
Tarixçilərin yazılarında onun adı ümumiyyətlə Qacar şahı Nəsirəddinin dönəmində baş verən Tənbəki üsyanının Azərbaycandakı liderlərindən biri kimi keçir. Zeynəb Paşanın həmçinin qıtlıq və quraqlıq illərində taxil və qida məhsullarını anbarlarda saxlayan “möhtəkir”lərə qarşı mücadilə etdiyi bildirilir.
Təbrizdə Əxtər yayınlarının nəşr etdiyi Zeynəb Paşa adlı kitabda onunla bərabər mübarizə edən qadınlardan “Yüzbaşı Xavər”, “Nayıb Külsüm”, “Fatma Nisa”, “Atlı Şah Bəgüm”, “Sultan Bəgüm”, “Xeyrünnisa” və “Mah Bəgüm” kimi adlara işarə olunub.