N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı həbsxanadan məktub göndərib.
Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham irəli sürüb. O eyni ittihamla həbsdə olan 7-ci N!DA-çıdır.
Z.Qurbanlının sosial şəbəkələrdə yayılmış məktubunu diqqətinizə çatdırırıq:
Yəqin böyük giriş vermək məcburiyyətində deyiləm. Bizi həbsdə ayaqda saxlayan nəsnələr barədə yazmaq istəyirəm.
Ayaqda qalmaq çətindir burada. Çünki bəzən hər dəqiqəsi keçmək bilməyən müddətin illər olma ehtimalını nəzərə aldıqda bu çətinlik anlaşılar. Bu situasiya bizim üçün ona görə xüsusilə ağırdır ki, biz nəinki insanın təbii vəziyyəti olan azadlıqdan istifadə etmişik, həm də azadlığın başqaları üçün qazanılmasına da çalışmışıq. Su balıq üçün nədirsə, azadlıq insan üçün odur. Sadəcə insan balıqdan daha dözümlüdür. Biz suyun nə olmasını anlayan ( və ya digərlərindən anlamaq üçün daha çox səy göstərmiş) balıqlarıq. Məhz bu anlayış həqiqətə daha çox yaxınlaşmaq vəziyyətimizi, ayaqda qalmamızı çətinləşdirir. Amma dözmək olur. Çünki :
1) Biz müxtəlif cinayətlər törətmiş minlərlə insanın əhatəsindəyik. Burada bir neçə nəfəri amansızcasına öldürəndən, residivistdən tutmuş cibəgirənə qədər hər növ insan var. Yəqin ki, 90%-dən çoxu ali təhsildən məhrumdur. Onlar anlayırlar ki, siyasi məhbuslar cinayətkar deyillər. Ona görə də bizdən "oğru qaydaları"na uyğunlaşmaq başqalarından tələb olunduğu qədər gözlənilmir. ( Lakin istənilən hər bir halda mühit onlarındır, süni də olsa, uyğunlaşmağa məcburuq. )
2) "N!DA-çı" deyiləndə, yaxud "müxalifətçi" deyiləndə penitensiar xidmətin işçilərinə də aydın olur ki, məsələ nə yerdədir. Xüsusi sifariş olmasa, bizimlə mədəni davranırlar.
Məsələn, mən karantində olarkən bir nəfər normal cinayətkarı yanıma saldılar. Yanıma gələn adam dedi ki, onlardan xahiş etdim ki, məni "salidni", oxumuş adamın yanına salsınlar. Dedilər, 5-ci kamerada ( mənim kameram idi) N!DA-çı var, salaq ora.
3) Biz idealistik. Bu ifadə sizə pafoslu gələ bilər. Amma ideologiyamızın olması məni və digər vicdan məhbuslarını ayaqda saxlayır. Biz anlayırıq ki, həbs mübarizəmizin bir mərhələsidir və bizim həbsə dözməyimiz fayda verir. Mənim kameramda 8 nəfərik, 5 nəfər namaz qılır və onların 4-ü namazı məhz bu
kamerada öyrəniblər. Onların vəziyyətindən bilirəm ki, Allahdan nəsə gözləməsələr, dəli olacaqlar. Mən dinlərə münasibətdə materialistəm. Lakin mübarizəmizə münasibətdə idealistəm və bu məni xilas edən şeylərdən biridir.
4) Biz inanırıq. Yenə digərləri ilə müqayisə edim. Məsələn, qəsdən adam öldürənə 7-12 il cəza düşür. O, ümid edir ki, 10 il cəza alar, 1/2-lə məhkəməyə müraciət edər, atası on minlərlə manat rüşvətin hesabına onu 5 ildən sonra xilas edər.
Siyasi işlərdə isə, hətta tətbiq etmək istəsən də, nə rüşvət işə keçir, nə tapşırıq. Bəzən kamerada mənim optimizmimi nümunə göstərib heyrətlənirlər. Çünki onların ümid etdiklərinə ümid edə bilmərəm. Mən digər şeylərə inanıram - inqilaba, azadlıqda olan yoldaşlarımızın mübarizəsinə, ideyalarımızın qalib gələcəyinə.
5) Mən azadlıqda olanda siyasi məhbusların azadlığı üçün çalışmışam. İndi görürəm ki, əksər hallarda siyasi məhbus bunlardan xəbər tuta bilmir. Lakin inanır ki, yoldaşları onu tək buraxmır. İndi mən bilirəm ki, yoldaşlarım məni müdafiə edirlər, mən xəbər tutmasam da, hər gün mənim barəmdə düşünür və nəsə etməyə çalışırlar. Eləcə də digər vicdan məhbuslarının eyni vəziyyətdə olduğuna inanıram.
Buna görə də biz 5-8 illik azadlıqsızlığı nəzərə alıb optimist qala bilirik. Əmin olun ki, poz verən şəkillərdəki təbəssümlərimiz səmimidir.
Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham irəli sürüb. O eyni ittihamla həbsdə olan 7-ci N!DA-çıdır.
Z.Qurbanlının sosial şəbəkələrdə yayılmış məktubunu diqqətinizə çatdırırıq:
Yəqin böyük giriş vermək məcburiyyətində deyiləm. Bizi həbsdə ayaqda saxlayan nəsnələr barədə yazmaq istəyirəm.
Biz nəinki insanın təbii vəziyyəti olan azadlıqdan istifadə etmişik, həm də azadlığın başqaları üçün qazanılmasına da çalışmışıq.
Həbsdə olanlar anlayır ki, siyasi məhbuslar cinayətkar deyillər.
2) "N!DA-çı" deyiləndə, yaxud "müxalifətçi" deyiləndə penitensiar xidmətin işçilərinə də aydın olur ki, məsələ nə yerdədir. Xüsusi sifariş olmasa, bizimlə mədəni davranırlar.
Məni "salidni", oxumuş adamın yanına salsınlar. Dedilər, 5-ci kamerada ( mənim kameram idi) N!DA-çı var, salaq ora.
3) Biz idealistik. Bu ifadə sizə pafoslu gələ bilər. Amma ideologiyamızın olması məni və digər vicdan məhbuslarını ayaqda saxlayır. Biz anlayırıq ki, həbs mübarizəmizin bir mərhələsidir və bizim həbsə dözməyimiz fayda verir. Mənim kameramda 8 nəfərik, 5 nəfər namaz qılır və onların 4-ü namazı məhz bu
Biz anlayırıq ki, həbs mübarizəmizin bir mərhələsidir və bizim həbsə dözməyimiz fayda verir.
4) Biz inanırıq. Yenə digərləri ilə müqayisə edim. Məsələn, qəsdən adam öldürənə 7-12 il cəza düşür. O, ümid edir ki, 10 il cəza alar, 1/2-lə məhkəməyə müraciət edər, atası on minlərlə manat rüşvətin hesabına onu 5 ildən sonra xilas edər.
Bəzən kamerada mənim optimizmimi nümunə göstərib heyrətlənirlər.