Accessibility links

"Mərkəzi dövlətlə razılaşmamış referendum keçirmək yanlış qərar idi" [Audio-Müsahibə]


Zaur Qurbanlı
Zaur Qurbanlı

Amerikanın Səsinə müsahibə verən hüquqşunas Zaur Qurbanlı İraq və İspaniyada referendum sonrası baş verənləri və xalqların müstəqil olma şərtlərini şərh edib.

"Mərkəzi dövlətlə razılaşmamış referendum keçirmək separativ və yalnış qərar idi"
please wait

No media source currently available

0:00 0:07:47 0:00

Zaur Qurbanlı bildirir ki, beynəlxalq hüquqa görə, xalqların öz müqəddaratını həll etməsi ilə müstəqil olması arasındakı fərqlər böyükdür. O hesab edir ki, xalqların öz müqəddaratını müəyyən etmək hüququ BMT tərəfindən qəbul edilmiş bir hüquqdur və bunun müstəqil olmaq kimi təfsir olunması doğru deyil.

“Əgər bütün xalqlar müstəqil olmalıdır kimi bir şərt olsa, gərək dünyadakı 4,000 -dən çox xalqın hamısı müstəqil olsun. Bu da mümkün deyil.”

Müstəqillik qazanmaq istəyən xalq gərək ana dövlətin razılığına sahib olsun

Bəs hansı xalqlar müstəqil ola bilər? Hüquqşunas deyir ki, həmin xalqlar mütləq şəkildə öz legitimliyini təmin etməlidirlər və bu da situasiyaya uyğun olaraq dəyişir.

“Əsas odur ki, müstəqillik qazanmaq istəyən xalq ana dövlətin razılığına sahib olsun. Bunun baş vermədiyi halda müstəqillik istəyi dövlətin ərazi bütövlüyünün pozulmaması prinsipi ilə ziddiyətə girəcək və bu da separatçılıqdır.”

Zaur Qurbanlı qeyd edir ki, xalqlar öz müqəddaratını ərazi bütövlüyünü pozmadan da təmin edə bilir. “Şotlandlar, katalanlar, kürdlər məsələsində görə bilərik ki, bu xalqların müqəddəratı təmin edilib.”

Kürdlər Kərkük şəhərini İŞİD-ə qarşı mübarizə şəraitində tutmuşdular.

Qlazqo Universitetində hüquq təhsili alan Qurbanlı əlavə edir ki, İraq höküməti Kərkükə daxil olmaqla nə beynəlxalq, nə də yerli hüquqa zidd hərəkət etməyib.

“Kürdlər Kərkük şəhərini İŞİD-ə qarşı mübarizə şəraitində tutmuşdular. 2003-cü ildə Səddam Hüseyn höküməti devriləndə BMT Kürdüstan müxtariyyətinin yeni sərhədini müəyyən etmişdi və Kərkük də həmin sərhədlərdən tam kənarda idi. Hətta mübahisəli ərazi belə sayılmırdı. Lakin, 2014-cü ildə İŞİD İraqa gələndə İraq ordusu geri çəkilməyə məcbur olur və ərazinin müdafiəsi peşmərgə dəstələrinin ixtiyarına qalır.”

İraq ordusu Kərkük şəhərini geri aldıqdan sonra insanlar şimali Bağdaddan Kərkükə geri qayıdır. 17 oktyabr, 2017.
İraq ordusu Kərkük şəhərini geri aldıqdan sonra insanlar şimali Bağdaddan Kərkükə geri qayıdır. 17 oktyabr, 2017.

Hüquqşunaş əlavə edir ki, 2014-cü ildə təkcə Kərkük deyil, Türkiyə və Suriya ilə sərhəd bir çox ərazi peşmərgələrin təsiri alına keçmişdi. Hazırda isə İraq İŞİD-i məğlub etməyə çox yaxın olduğu üçün tələb edirlər ki, 2003-cü il sərhədləri əsasında kürd muxtariyətinə aid olmayan əraziləri geri qaytarmalıdırlar.

“İraqın baş naziri Heydər Əl-Əbadi qərar verib ki, İraq qoşunları 2003-cü il sərhədlərini pozmamalıdır. İraq dövləti kürd muxtariyyətini aid olan torpaqları öz əraziləri hesab etsələr də, bildiriblər ki, İraq ordusu 2003-cü ildə nəzərdə tutulmuş sərhədi pozmayacaqlar və kürdlərin qanuni legitim ərazilərinə girməyəcəklər.”

Əslində referendum baş tutmayıb və nəticəsini də heç kim tanımır.

ABŞ hökümətinin İraqda baş verənlərə bitərəf münasibəti və Avropa Birliyinin Kataloniyadakı vəziyyətə müdaxilə etməməsini uğurlu qərar adlandıran Zaur Qurbanlı bildirir ki, Qərb ölkələrinin bu cür reaksiyası dünyadakı separatizmə qarşı güclü cavabdır.

“Şotlandiyada müstəqilliklə bağlı birinci referendumda əleyhdarların səsi daha çox oldu. Baş nazir Nikola Sturgeon ikinci referendum üçün Britaniyanın Baş Maziri Tereza Meylə görüşüb, bir növ onun razılığını almaq istəyirdi. Çünki, budəfəki referendumda nəticə müsbət çıxarsa, o zaman gərək onun legitimliyini ilk olaraq Böyük Britaniya tanısın. Buna görə də danışıqlar bitməmiş, razılıq alınmamış, onlar referenduma getmədilər. Lakin kürdlər və katalanlar mərkəzi dövlətlə razılaşmamış, legitim ayrılmaq hüququ əldə etmədən referendum keçirdi. Bu da separativ və yanlış qərar idi.

XS
SM
MD
LG