Bu gün Yunanıstanda ciddi iqtisadi duruma etiraz olaraq keçirilən 24 saatlıq tətillər ictimai nəqliyyatın dayanması, məktəblərin bağlanması və xəstəxanalarda işin ləngiməsinə səsəb olub. Paytaxt Afinada həmkarlar ittifaqlarının da iştirak edəcəyi tətillərdə baş nazir Lukas Papademosun üç həftədir yaradılan yeni koalisiya hökumətinə ilk etirazlar bildirilir.
Çərşənbə günü cənab Papademosun ofisi Avropa Birliyi, Avropanın Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna ölkə üçün ayrılmış iqtisadi yardım paketinin qorunması məqsədilə ciddi iqtisadi tədbirlərin həyata keçirilməsinə söz verildiyinə dair məktubu açıqlayıb.