Accessibility links

Yeni siyasi məhbuslar siyahısına 133 nəfərin adı daxil edilib


`
`

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq martın 4-də siyasi məhbusların yeni siyahısını elan edib. Siyahıda 133 nəfərin adı var. Siyasi məhbuslar 11 qrupda təsnif edilib.

Bu barədə ittifaqın koordinatoru, hüquq müdafiəçisi Elşən Həsənov bildirib.

"Jurnalistlər və blogerlər" kateqoriyasında 8 nəfər, "Yazıçılar və şairlər" kateqoriyasında 1 nəfər, "hüquq müdafiəçiləri" kateqoriyasında 1 nəfər, "gənc fəallar" qrupunda 4 nəfər var.

Bundan başqa, "müxalif partiya və hərəkatların üzvləri" qrupunda 11, "keçmiş Milli Təhlükəsizlik Nazirliyindək cinayətlərin qurbanları" kateqoriyasında 8 nəfər var.

Əvvəlki kimi ən böyük qrup "dindarlar"dır, bu qrupda 70 nəfərin adı var.

"Siyasi girovlar" qrupunda qohumlarının siyasi fəaliyyəti ilə əlaqədar mühakimə edilən 3 nəfər var.

"Keçmiş dövlət qulluqçuları" qrupunda 3 nəfər var. Bundan başqa, 10 nəfər "sosial etiraz qurbanları"dır. 14 nəfər "ömürlük məhbuslar"dır.

Təşkilatın əvvəlki siyahısı ötən ilin dekabrında elan edilib. Həmin vaxt siyahıda 160 nəfərin adı var idi.

Həmin vaxtdan etibarən AXCP sədrinin müşaviri Məmməd İbrahim, "hicab məhbusu" Telman Şirəliyev, bloger Mehman Hüseynov, "Səid Dadaşbəylinin işi" üzrə iki məhkum, Nardaran hadisələri ilə həbs edilmiş şəxslər olmaqla, 18 nəfər cəza müddəti başa çatdığına görə azad edilib.

Azərbaycanın siyasi məhbuslarının azadlığı uğrunda ittifaq ötən ilin noyabrında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, "Tolışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov və Azərbaycan Ziyalılar İttifaqının sədri Eldəniz Quliyev tərəfindən təsis edilib.

Xatırladaq ki, ölkədə siyasi məhbusların siyahısı müxtəlif hüquq müdafiə təşkilatları tərəfindən hazırlanır. Bundan öncə Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş siyahısını təqdim edib. Həmin siyahıya 127 nəfərin adı daxil edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG