Accessibility links

Yeni filmlər: The Lady (audio)


Fransalı rejissor Lak Besson məşhur döyüş janrında çəkilmiş filmləri ilə tanınır. Lakin onun son filmi sülh-məramlı qadın Aunq San Su Ki haqdadır. “Lady” filmində Dav Su obrazını Mişel Yeo yaradır.

Aunq San Su Ki 1988-ci ildə İngiltərədə yaşayan ailəsini tərk edir və Birmada xəstə anasının yanına qısa müddətə səfər edir. Filmdə Dav Su milli qəhrəman olan atasının yolunu davam etdirmək istəyir və demokratik hərəkatın liderinə çevrilir.

Deyvid Tevils filmdə Dau Sunun daim ona dəstək verən həyat yoldaşı, Oxford universitetində professor Maykl obrazını yaradır. Yaradacağı rol üçün Birma dilini öyrənən əslən malayziyalı Mişel Yeo 1988-ci ildə Ranqunda Şvedaqon Paqoda adlanan yerdə kütlə qarşısında rol üçün etdiyi çıxışı xatırlayır. Hökumətin filmin Birmada çəkilməsinə icazə vermədiyindən film Tailandda çəkilib.

Mişel Yeo: “Birmada etdiyi ilk çıxışında o, birmalılara xarici ilə ailə quraraq uzun müddət ölkədən kənarda yaşamasına baxmayaraq əvvəlki kimi atasının qızı olduğunu bildirib. O, ölkəsində baş verənlərə göz yuma bilmir.”

Michelle Yeoh with the director, Luc Besson on the set of "The Lady"
Michelle Yeoh with the director, Luc Besson on the set of "The Lady"

Mişel Yeo: “Şvedaqonda çıxış edən an Lak mənə dedi ki, çəkiliş zamanı mənim arxamda, arxa planda çəkilən insanlardan biri daim ağlayırdı. Biz müəyyən etdik ki, həmən adam həqiqətən də 1988-ci ildə toplaşan kütlənin içərisində olub. O zaman o, aşağıdan Dav Sunun çıxışını izləyirdi. Bu dəfə isə o, liderin arxasında dayanaraq yenə də çıxışı izləyirdi.”

Yeo deyir ki, Lak Besson arxa planda çəkilmək üçün gerçək hadisələrdə iştirak etmiş bir çox insan toplayıb.

Mişel deyir ki, rejissor Tailandın şimalında Birma qaçqınlarının düşərgəsinə gedərək orada hadisələrin gerçək iştirakçılarının 200 nəfərini filmə çəkib. Onların heç biri aktyor deyildi. Lakin onlar təbii davranırdılar. Ona görə ki, onlar birmalılar idi. Onların təbiiliyi çəkiliş zamanı mənə çox kömək etdi.

Aunq San Su Kinin 2010-cu ildə ev-dustaqlığından azad edilmə səhnəsi filmə yaraşıq verdi. Filmin Amerika və Avropa kino-teatrlarına çıxması onun Birma parlamentinə seçilməsilə eyni vaxta təsadüf edib. Mişel Yeo 2010-cu ildə filmin çəkilişlərindən əvvəl Aunq San Su Kil ilə görüşüb. Lakin ötən ilin iyun ayında bir daha oraya getmək istəyərkən aktrisa heç bir izahat verilmədən ölkədən deportasiya edilib.

XS
SM
MD
LG