BMT-nin Baş katibi Ban Ki Mun Birma hökumətini demokratik islahatların həyata keçirilməsini davam etdirməyə təşviq etmək məqsədilə bu ölkəyə səfər edib.
Cənab Ban Birmanın başlıca şəhəri olan Ranquna yetişib və günü ikinci hissəsi ölkənin inzibati mərkəzi olan Naypyidauya səfər edəcək.
BMT-nin Baş katibinin bazar ertəsi Birma prezidenti Tein Seinlə danışıqlar aparacağı və ölkə parlamentində nitq söyləyəcəyi gözlənilir. Bu, Birma partlamentində yüksək səviyyəli xarici rəsmi tərəfindən edilən ilk çıxış olacaq.
Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali xüsusi nümayəndəsi Ketrin Eşton da qurumun uzun zamandır təcrid olunmuş ölkəyə qarşı sanksiyaları ləğv etməsindən sonra Birmadadır.
Cənab Ban və xanım Eşton ölkə prezidenti ilə görüşləcək, lakin onların prezident Tein Seynlə birlikdə, ya da ayrı-ayrılıqda görüşəcəyi məlum deyil.
Çərşənbə günü baş katib Ban Birmanın müxalifət lideri, Demokratiya naminə Milli Liqanın başçısı, Nobel sülh mükafatı laureatı Au Sanq Su Çi ilə görüşəcək.
Müxalifət lideri ilə artıq görüşən xanım Eşton yardım proqramlarının idarə edilməsi və siyasi məsələlərin həllinin monitorinqi məqsədilə Ranqunda Avropa İttifaqının ofisini açımışdır.