Əllərində Yaponiya bayraqları yelləyən minlərlə adam Tokyonun Narita aeroportuna toplaşaraq Qadınların Futbol üzrə Dünya Çempionatının qalibi olmuş milli komandanın heyətini qarşılayıblar.
Boyunlarından qızıl medal asmış oyunçular terminaldan keçirkən həvəskarlar əl yelləmiş və qışqırmışlar. Yaponiya qadınları Birləşmiş Ştatlar üzərində final oyunda gözlənilməz qələbə qazandılar.
Qələbə əksər ekspertlərin daha üstün komanda kimi qiymətləndirdiyi amerikalıların penal yarışmasında məğlubiyyətindən sonra əldə edildi.
Sevinc nümayiş etidrən həvəskarların önündə baş nazir Naoto Kan olub. O, martın 11-də baş vermiş sunaminin silkələdiyi milləti sevindirdiklərinə görə Yaponiya milli komandasının üzvlərinə təşəkkür edib.