Accessibility links

Əli Əhmədov: Bu seçkilərdə YAP-ın uğuru daha yüksək olacaq


Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov və icra katibinin müavini Siyavuş Novruzov
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov və icra katibinin müavini Siyavuş Novruzov

“Bu dəfəki bələdiyyə seçkilərində YAP üzvlərinin uğuru daha yüksək olacaq”. Bu bəyanatla hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bələdiyyə seçkilərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransinda bildirib.

YAP mətbuat xidməti bildirir ki, Əhmədov hakim partiyanın ötən seçkilərdə olduğu kimi bu dəfə də qadınların və gənclərin namizədliyinə üstünlük verdiyini deyib. “Hesab edirəm ki, ötən illər ərzində qazanılmış nailiyyətlər bu seçkilərdə YAP üzvlərinin bələdiyyələrdə daha yüksək təmsilçilik əldə etməsi ilə nəticələnək”, o qeyd edib

YAP sədrinin müavini bildirib ki, 1607 bələdiyyədə15 035 bələdiyyə yerinə Yeni Azərbaycan Partiyasının 16 760 nəfər üzvünün namizədliyi qeydiyyatdan keçib. Onlardan13 404 nəfərin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb və namizədliyi qeydə alınıb. 3356 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb və qeydiyyatdan keçib.

Əli Əhmədov qeyd edib ki, YAP bələdiyyə seçkillərində uğurlu seçki kampaniyasını həyata keçirmək üçün geniş proqram əsasında fəaliyyət göstərib.

“Partiya namizədlərin təşviqatı üçün fəal kampaniya həyata keçirib və bu prosesdə partiyamızın tanınmış insanları və yerli fəallar iştirak ediblər. Bütün bələdiyyələrdə seçicilərlə görüşlər keçirilib. Partiyamızın bu təşviqat kampaniyası namizədlərimizin uğur qazanması üçün ciddi əsaslar yaradır. Biz nə üçün bu seçkilərdən yüksək nəticələr gözləyirik? Əlbəttə ki, uğurların qazanılması üçün böyük resurslarımız var. İlk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin uğurları, ölkəmizdə baş verən müsbət dəyişikliklər bizim başlıca resursumuzdur. Prezident İlham Əliyevin siyasətinin çox böyük nəticələri xalqımız tərəfindən dəstəklənir. Çünki hazırki siyasət nəticəsində Azərbaycanın hərtərəfli inkişafına, modernləşməsinə, Bakı şəhəri ilə yanaşı bütün bölgələrimizin inkişafına səbəb olub. Biz seçkilərə gedərkən bu resurslara istinad edirik”.

Əli Əhmədov bildirib ki, YAP-ın özünün ictimai dəstəyi bələdiyyə seçkilərində namizədlərinin böyük uğur qazanmasına əsas verən amillərdən biridir. Hazırda partiya üzvlərinin 640 min nəfərdən çox olduğunu deyən Əli Əhmədovun fikrincə, bu çox ciddi ictimai dəstəkdir.

Öz növbəsində müxalifətdə olan Müsavat Partiyası seçkilərdə çoxsaylı pozuntuların olduğunu bildirir. Müsavat Partiyası seçkilərin yekunları ilə bağlı dekabrın 25-də mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, ictimai rəydə aparıcı müxalifət partiyaları sayılan Müsavat və Xalq Cəbhəsi partiyaları bələdiyyə seçkilərində iştirak etməyib. Müsavat Partiyası üzvlərinə seçkilərdə iştirak üçün sərbəstlik verib və bir çox dairələrdə bu partiyanın üzvləri namizədliyini irəli sürüb.

XS
SM
MD
LG