Accessibility links

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir [Videolar & Fotoqalereya]


Azərbaycanda bələdiyyə seçkiləri keçirlir
please wait

No media source currently available

0:00 0:04:45 0:00

Amerikanın Səsinin video reportajı. Seçici bülleten çox olduğundan qutuya atmaqda çətinlik çəkir

Meydan televiziyasının əməkdaşına zor tətbiq edilib (Video). Müsavat Partiyası pozuntular qeydə alıb.Karuselə baxın

Bələdiyyə seçkilərində saat 15.00-dək seçici fəallığı 32,44 faiz olub.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov səsvermə hüququna malik 4 milyon 819 min 382 seçicidən bu saatadək 1 milyon 563 min 357 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

Respublika üzrə ən çox seçici fəallığı 44,64 faizlə 53 saylı Quba-Qusar seçki dairəsində, ən aşağı seçici fəallığı isə 22,64 faizlə 21 saylı Nəsimi birinci seçki dairəsində qeydə alınıb.

R.Gülməmmədov qeyd edib ki, MSK-nın "Qaynar xətt”inə, "facebook” səhifəsinə və elektron ünvanına 80-dən çox müraciət daxil olub. Bütün müraciətlər əməkdaşlar tərəfindən operativ şəkildə cavablandırılır. Müraciətlər seçki prosesi barədə əlavə informasiya almaq məqsədi daşıyır. Şikayət xarakterli heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, 5 min 15 məntəqə üzrə keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatacaq.

***

Azadlıq radiosu seçkilər zamanı karuseldə iştirak edənləri izləyib. Seçici azı iki seçki məntəqəsində səs verdiyini təsdiqləyib. Bu halı radionun əməkdaşı da video kamerası vasitəsi ilə qeydə alıb. Videonu təqdim edirik:

***

Müsavat Partiyası bələdiyyə seçkilərində qeydə aldığı pozuntularla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 17 və 18 saylı seçki məntəqələrində “Yeni Müsavat” qəzetinin jurnalisti Cavanşir Abbaslı məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki məntəqələrindən çıxarılıb.

Müsvat Partiyası 47 saylı Mingəçevir seçki dairəsinin 1, 2, 4, 5, 7, 8, 21 saylı, 66 saylı Biləsuvar seçki dairəsinin 5 saylı, 71 saylı Masallı kənd seçki dairəsinin 32 saylı, 108 saylı Ağstafa seçki dairəsinin 2, 3 və 4 saylı, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 13, 14, 16 saylı seçki məntəqələrində qanun pozuntuları qeydə aldığını bildirir. Bu pozuntuların əsasən seçki bülletenlərinin qutulara topa şəklində atılması, qeydiyyatda olmayanların səs verməsi və s. ibarət olduğu iddia edilir.

MSK hələ bu məlumatlarla bağlı şərh verməyib. MSK-nin xəbərlərində seçki pozuntuları ilə bağlı məlumatların daxil olmadığı qeyd edilir.

***

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Meydan.TV saytı saat 10:00-da hələ seçkilərin yeni başlamasına rəğmən artıq qanun pozuntuları qeydə aldığını bildirir.

Məlumatda deyilir ki, Yasamal rayonu 13 saylı məktəbdə yerləşəm 12 saylı seçki məntəqəsində isə çəkiliş aparan jurnalistə qarşı zor gücü ilə çəkilən kadrlar tələb olunur və jurnalist alçaldılır.

***

Bələdiyyə seçkilərində saat 12.00-dək respublika üzrə 4 milyon 819 min 382 seçicidən 1 milyon 33 min 210 nəfəri səs verib. Bu, ümumi seçici fəallığının 21,44 faizini təşkil edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, respublika üzrə ən çox seçici fəallığı 31,03 faizlə 51 saylı Qusar seçki dairəsində qeydə alınıb. Ən aşağı seçici fəallığını isə 10,34 faizlə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi göstərib.

MSK-nın "Qaynar xətt”inə, "facebook” səhifəsinə və elektron poçt ünvanına 50-yə yaxın məlumat daxil olub və bunlar əlavə informasiya almaqla bağlıdır. Heç bir şikayət xarakterli müraciət qeydə alınmayıb.

***

Bələdiyyə seçkilərində respublika üzrə saat 10:00-dək 4 milyon 819 min 382 seçicidən 501 min 254 nəfəri səs verib.

Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, bu, ümumi seçici fəallığının 10,4 faizini təşkil edir. Respublika üzrə ən çox seçici fəallığı 16,2 faizlə 93 saylı Bərdə şəhər seçki dairəsində qeydə alınıb. Ən aşağı seçici fəallığını isə 4,3 faizlə 95 saylı Tərtər seçki dairəsi göstərib.

"Qaynar xətt”ə 25 məlumat daxil olub və bunlar əlavə informasiya almaqla bağlıdır. Heç bir şikayət xarakterli müraciət qeydə alınmayıb.

***

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri saat 08.00-da açılıb, səsvermə saat 19.00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verir.

Seçkilər 118 seçki dairəsi üzrə keçirlir. Seçki bülletenlərinə 37077 namizəd daxil edilib. Seçkilər nəticəsində ölkə üzrə 1607 bələdiyyəyə 15035 üzv seiləcək.

Namizədlərin 13 min 907-si 8 siyasi partiya tərəfindən, 23 min 61-i fərdi qaydada, 109-u isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçkiyə qatılan namizədlərdən 18 min 284-ü bitərəfdir. Ümumilikdə, namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var.

Siyasi partiyaların namizədlərinin (13 907namizəd) say tərkibi belədir: Hakim Yeni Azərbaycan Partiyasından 13 min 400, Ana Vətən Partiyasından 159, Vətəndaş Həmrəyliyi Partiyasından 105, Böyük Quruluş Partiyasından 86, Demokratik İslahatlar Partiyasından 55, Ümid Partiyasından 50, Milli Dirçəliş Hərəkatı Partiyasından 27, Sosial Demokrat Partiyasından 21 namizəd.

Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Seçkiləri 50.551 yerli müşahidəçi müşahidə edir. Müşahidəçilərin əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının üzvləridir.

Amerikanın Səsinin müxbiri Bakının Səbael və Nəsimi rayonlarında məntəqələrdə seçkiləri müşahidə edib. Seçki məntəqlərində bir nəfər Demokratk İslahatlar Partiyasının və iki nəfər müstəqil müşahidəçi görüb. Qalan bütün müşahidəçilər YAP üzvləri olub.

Seçkilərin gedişi və Bakının küçələrində insanların seçki barədə düşündüklərini təqdim edirik. Müshiblərimizin əksəriyyəti sədsəvermədə iştirak etmədiyini və namizədləri tanımadıqlarını deyib.

XS
SM
MD
LG