Accessibility links

“Ümidvarıq ki, Fikrət bəy ədalətli və demokratik Ukraynada azad olunacaq” [Audio-Müsahibə]


Fikrət Hüseynli və Yalçın Qəhrəmanoğlu Borispol hava limaının polis şöbəsində (Foto Qəhrəmanoğliunun facebook səhifəsindədir )
Fikrət Hüseynli və Yalçın Qəhrəmanoğlu Borispol hava limaının polis şöbəsində (Foto Qəhrəmanoğliunun facebook səhifəsindədir )

Kiyevdə yaşayan Yalçın Qəhrəmanoğlu Amerikanın Səsinə müsahibə verərək Ukrayna Sərhəd Xidməti tərəfindən saxlanılan Fikrət Hüseynlinin məhkəmə prosesi haqqında danışıb.

“Biz ümidvarıq ki, Fikrət bəy ədalətli və demokratik Ukraynada azad olunacaq.”
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Oktyabr ayının 17-sində Borispol Şəhər Məhkəməsinin verdiyi qərara əsasən Fikrət Hüseynli 18 günlük həbs edilməsinə münasibət bildirən Yalçın bəyin sözlərinə görə, bu qərarla bağlı Apellyasiya Məhkəməsinə müraciət olunacaq.

Qarşıdakı bir həftə ərzində apellyasiya məhkəməsi keçiriləcək.

“Adətən İnterpol tərəfindən axtarışa verilən şəxslərə qarşı 40 günlük həbs olunma kimi prosedur qaydası var. Bu dəfə isə 18 günlük həbs olunmaq haqqında qərar verilib. Onun vəkili Dimitri Mazurok lazım olan sənədləri, xüsusən də Fikrət Hüseynlinin Niderlandda siyasi sığınacaq alması ilə bağlı sənədləri toplaya bilib və yəqin ki, növbəti bir həftə ərzində apellyasiya məhkəməsi keçiriləcək.”

Adətən İnterpol tərəfindən axtarışa verilən şəxslərə qarşı 40 günlük həbs olunma kimi prosedur qaydası var. Bu dəfə isə 18 günlük həbs olunmaq haqqında qərar verilib.

Yalçın Qəhrəmanlı ümid edir ki, bütün bu sənədlər məhkəməyə təqdim olunduqdan sonra Fikrət Hüseynli Apellyasiya məhkəməsindən azadlığa buraxılacaq.

“Biz ümidvarıq ki, Fikrət bəy ədalətli və demokratik Ukraynada azad olunacaq.”

Peroyaslav-Xmelninsk müvəqqəti saxlama təcridxanasında saxlanılan Fikrət Hüseynli ilə görüşdüyünü bildirən Qəhrəmanoğlu onu səhhətinin yaxşı olduğunu, sadəcə soyuq olduğu üçün isti geyimlər apardığını bildirib.

Fikrət Hüseynli
Fikrət Hüseynli

Fikrət Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlanılıb. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

XS
SM
MD
LG