Ya karantin tez bitsin, ya da bizə kömək etsinlər
Yaqub İlyasov 16 ildir peşəkar tar ifaçısıdır. O tardan əlavə başqa bir neçə alətdə də ifa edə bilir. Yaqub İlyasov həm də"Qarabağ üçün oxu" layihəsinin baş kordinatorudur. Musiqiçi deyir ki, pandemiyadan qabaq toy və tədbirlər sayəsində qazanc əldə etsə də, hazırda karantin rejiminə görə heç bir yerdən gəlir mənbəyi yoxdur. Üstəlik karantin rejimi ona mənəvi olaraq da pis təsir edib deyə musiqi alətlərinə heç yaxın da durmur. Musiqiçi deyir ki, birdəfəlik 190 manat sosial yardım üçün müraciət etsə də, ona rədd cavabı gəlib. Səbəb kimi isə adına pay torpağı olduğu bildirilib. Yaqub İlyasov isə bu iddia ilə razılaşmır.
Episodes
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?