Accessibility links

Xəzər dənizində qəzaya uğrayan hərbi təyyarənin düşdüyü yer müəyyən edilib


Hərbi təyyarə
Hərbi təyyarə

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-də müəyyən edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, aidiyyəti dövlət qurumları və xidmətləri, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərinin iştirakı ilə görülən tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də təlim-məşq uçuşları keçirən zamanı qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarənin pilotu Rəşad Atakişiyev barədə hələ də məlumat yoxdur.

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Azərbaycan Müdafiə Nazirliyini axtarış-xilaetmə işlərinə Rusiya mütəsəssislərini cəlb etməməyə çağırıb.

“Nəhayət ki, MiQ-29 təyyarəmizin yeri məlum oldu və yaxın saatlarda təyyarənin qalıqlarının suyun üzərinə qaldırılması əməliyyatı həyata keçiriləcək. Mən buradan Müdafiə Nazirliyinin rəhbərlərinə səslənirəm. Artıq axtarış-xilasetmə işlərinə Rusiya mütəxəssislərinin cəlb edilməsinə ehtiyac yoxdur. Əgər onlar bu prosesdə iştirak edəcəklərsə, biz heç vaxt təyyarənin qəzaya uğraması deyil, uğradılması ilə bağlı həqiqəti öyrənə bilməyəcəyik,” Cəfərov facebook səhifəsində yazıb.

Üzeyir Cəfərov hesab edir ki, qəzaya uğramış təyyarənin `qara qutusu` da tapıldıqdan sonra tədqiq edilməsi üçün Rusiyaya göndərilməməlidir.

"Təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir. Çünki 2008, 2010, 2011-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin qəzalarından sonra `qara qutular` Rusiyaya göndərilib və indiyədək qəzaların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib," hərbi ekspert Amerikanın Səsinə bildirib.

Müdafiə Nazirliyinin rəhbərlərinə səslənirəm. Artıq axtarış-xilasetmə işlərinə Rusiya mütəxəssislərinin cəlb edilməsinə ehtiyac yoxdur.
Üzeyir Cəfərov, hərbi ekspert

Hərbi ekspert Azərbaycana məxsus təyyarənin qəzaya uğramasını Rusiyanın müdaxiləsi ilə əlaqəndirir.

“MiQ-29 təyyarələri son 3 ildə Ukraynda hərtərəfli təmir edilib və işlək vəziyyətdə, yeni rabitə və naviqasiya avadanlıqları ilə tam təmin edilib. Təyyarənin yaşı çox olsa da, ona son nəsil avadanlıqlar quraşdırılb. Burada hərb elmini oxumamış "professor, filtifessorluq" edən tovarişlərə xatırladıram ki, MİQ-29 təyyarəsini heç kim heç nə ilə vurmayıb. Sadəcə kənardan, uzaq məsafədən - bu, maksimum 300 kilometr məsafəni də rahatca əhatə edib öz işini görən REM (Radio Elektron Mübarizə, rusca REB- Radio Elektronnaya Borba) avadanlıqları vasitəsilə naviqasiya, rabitə avadanlıqlarını anidən sıradan çıxarmaq yolu ilə təyyarə "ölü vəziyyətinə" salınıb. Gerisi məlumdur,” Cəfərov facebook səhifəsində yazıb.

XS
SM
MD
LG