Accessibility links

Amnesty İnternatioanl Fərəc və Sirac Kərimliləri “vicdan məhbusu” elan edib


Müsavat partiyasının gənc fəalı Fərəc Kərimli
Müsavat partiyasının gənc fəalı Fərəc Kərimli

Hər iki fəal narkotik ittihamı ilə saxlanıb. Onlar Facebookdakı fəaliyyətlərinə görə saxlandıqlarıını bildirir.

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı Müsavat Partiyasının üzvləri, narkotik maddə satışında ittiham olunaraq həbs edilən Fərəc və Sirac Kərimliləri “vicdan məhbusu” elan edib.

Təşkilatın bəyanatında deyilir ki, qardaşlardan etirafedici ifadələr alınması işğəncələrlə müşayiət olunub.

Fərəc Kərimlinin həbsindən 10 gün sonra - avqustun 2-də onun yanına vəkil buraxılıb. O bildirib ki, etirafedici ifadələr verməsi üçün polisdə onu döyüblər. Hətta hədələyiblər ki, əgər etiraz edərsə valideynlərinə problem yaratmış olacaq, onların evinə silah qoyulacaq.

Sənəddə deyilir ki, F. Kərimli narkotik maddə ittihamı ilə həbs olunub. Lakin polisdə ondan Facebook-da fəaliyyəti ilə bağlı məlumat tələb ediblər.

Cənab Kərimlinin qardaşı Sirac Kərimli altı gün öncə həbs edilib.

Amnesty International qeyd edir ki, Azərbaycanda fəalların narkotik maddə ittihamı ilə tutulması praktika halı alıb.

Amnesty International qardaşların azad edilməsinə, onların təhlükəsizliyinin təmin olunmasına çağırır.

XS
SM
MD
LG