“Vaşinqton üçün Azərbaycan hakimiyyətinin bir jurnalistə qarşı bu cür amansız, qisasçı mövqe sərgiləməsi anlaşılan deyil”
Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibəsində “The Washington Post” qəzetində dərc olunan “Azərbaycanda səyahət qadağası və saxta seçki” adlı məqaləni şərh edib. Jurnalstin sözlərinə görə, “The Washington Post” xüsusilə Xədicə İsmayılın həbsi və ondan sonrakı prosseslərin fonunda Azərbaycandakı mətbuat azadlığının vəziyyəti ilə bağlı kəskin və davamlı mövqe ortaya qoyub. Cənab Raufoğlunun fikrincə sonuncu dərc olunmuş məqaləni səciyyələndirən əsas amil Xədicə İsmayılla bağlı hakimiyyət siyasətinin qisasçılıq nöqteyi nəzərindən təqdim olunmasıdır. “Yəni, bu ABŞ-Azərbaycan münasibətləri və yaxud Azərbaycan hakimiyyətinin qərb institutlarına qarşı bir neçə illik apardığı qərəzli siyasətin yox, birbaşa Azərbaycan hakimiyyətinin və onun başında duran şəxslərin bir jurnalist xanımla haq-hesab çəkməsi fonunda təqdim olunur. Hal-hazırda Vaşinqton şəhərində bu iş məhz bu cür dərk edilir.’’
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib