Accessibility links

"Vaxt gələcək bugün bu zalda üzəduranlar onların üzünə duracaqlar"


"Vaxt gələcək bugün bu zalda üzəduranlar onların üzünə duracaqlar"
please wait

No media source currently available

0:00 0:04:01 0:00

Avqustun 26-da Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Vəkillər vəsatət qaldırıb ki, cinayət işinin materiallarında şahid qismində təqdim edilən Cavanşir Novruzov ifadə versin, məhkəməyə gələn Novruz Novruzov dindirilməsin. Vəkillər vəsatəti bununla əsaslandırıb ki, şahid Cavanşir Novruzovun şəxsiyyət vəsiqəsinin surəti işin materiallarında yoxdur və onun əvəzinə başqa adam gələ bilər. Məhkəmə prosesinə sədrlik edən hakim Nəriman Mehdiyev vəsatəti təmin etməyib. Şahidlərdən Əli Ağayev isə yenidən məhkəmə prosesinə gəlməyib. Keçən prosesdə verilən məlumata görə, o, məhkəməyə teleqram vuraraq iclasa gələ bilməyəcəyini bildirib və bunu xəstə olduğu ilə əsaslandırıb. Vəkillər isə həmin şahidin prosesə gəlməsinin vacib olduğunu bildirərək onun məhkəməyə gələrək ifadə verməsi ilə bağlı vəsatət veriblər. Onlar bildirib ki, şahidin xəstə olduğunu sübut edən həkim arayışı olmalıdır. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib. Növbəti məhkəmə prosesi avqustun 28-nə təyin edilib.

XS
SM
MD
LG