Suriyanın xarici işlər naziri Valid Əl-Müəllim beynəlxalq ictimaiyyəti yenicə təsis edilən müxalifət şurasını tanımamağa çağırıb. Bu gün Dəməşqdə danışan nazir deyib ki, şuranı tanıyan hər ölkəyə qarşı ciddi ölçülər götürüləcək. O, müxalifət qrupunun qyri-legitim olduğunu bildirib.
Dünən Stokholmda Suriyanın yüzlərlə müxalifət tərəfdarı islahat strategiyasının müzakirəsinə toplaşmışdı.
Suriya təhlükəsizlik qüvvələri kürd müxalifət liderinin prezident Bəşar Əl-Əsədə qarşı böyük nümayişə çevrilmiş dəfn mərasimində atəş açaraq iki nəfəri qətlə yetirib.
Şahidlərin bildirdiyinə görə, atışma Qamişli şəhərində 50 min insanın ölkənin tanınmış müxalifət fiqurlarından biri olan Maşal Tammonu son mənzilə yola salmaq üçün küçələrdə nümayişə çıxdığı vaxt baş verib.