Accessibility links

Suriyann Homs viayətində basqılar şiddətlənib


Suriyann Homs viayətində basqılar şiddətlənib
Suriyann Homs viayətində basqılar şiddətlənib

Bütün ölkə boyu 31 adamın qətlə yetirilməsindən bir gün sonra Suriya qoşunları Homsda hökumət əleyhdarlarına qarşı yeni basqılar həyata keçiriblər.

Londonda qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu bildirir ki, bazar günü öldürülənlərin 14-ü mülki vətəndaşlardır.

Qrup bildirib ki, hökumət qüvvələrindən qopan əsgərlərlə baş verən döyüşlərdə təhlükəsizlik xidmətinin qulluqçuları da həlak olub.

Homs sakinləri şəhər küçələrində zirehli maşınların hərəkət etdiyini xəbər verir.

Suriya xarici işlər naziri Valid Müəllim yenicə formalaşmış müxalifət şurasını tanıyacaq ölkəyə qarşı sərt tədbirlər görüləcəyini bildirib.

Avropa İttifaqı dünən müxalifət şurasının yaranmasını müsbət addım kimi qarşılayıb.

XS
SM
MD
LG