Accessibility links

ABŞ Müdafiə naziri Amerika hərbçilərinin talibançıların cəsədlərini təhqir etməsini pisləyib (VİDEO)


ABŞ Müdafiə naziri Amerika hərbçilərinin talibançıların cəsədlərini təhqir etməsini pisləyib (VİDEO)
ABŞ Müdafiə naziri Amerika hərbçilərinin talibançıların cəsədlərini təhqir etməsini pisləyib (VİDEO)

ABŞ Müdafiə naziri Leon Panetta Amerika hərbi dəniz qüvvələri piyadalarının öldürülmüş talibançıların cəsədlərini murdarlağını göstərən video görüntüləri pisləyib. Leon Panetta bu hərəkətə görə məsuliyyət daşıyanların cəzalandırılacağına söz verib. Müdafiə naziri ABŞ-ın Hərbi Dəniz Qüvvələri və NATO-nun Əfqanıstanda təhlükəsizlik qüvvələrinin komandanına video ilə bağlı təhqiqat aparmaq haqda əmr verib.

Videoda dəniz piyadalarının üç cəsədi murdarladığı nümayiş etdirilir. Əfqanıstanda Beynəlxalq təhlükəsizlik qüvvələri dəniz piyadalarının hərəkətini hörmətsizlik kimi qiymətləndirib və bununla koalisiya qüvvələrindən gözlənilən yüksək mənəvi standartlara böyük zərər vurulduğunu bildirib.


Əfqanıstan prezidenti Həmid Karzai hökumətin video ilə bağlı hiddətini ifadə edərək, əsgərlərin hərəkətini insanlıqdan kənar adlandırıb. Pentaqon video görüntülərin həqiqiliyinə şübhə etməyə heç bir əsas olmadığını bildirib.

Talibanın mətbuat katibi Zəbibullah Mucahid videonun şok yaratdığını desə də, bildirib ki, bunun Birləşmiş Ştatlarla sülh danışıqlarına mane olacağına düşünmür.

Videoda göstərilən amerikalılar artıq Əfqanıstanda xidmət etmir.

XS
SM
MD
LG