Accessibility links

İşgəncə verilmiş əfqan qız ərinin qohumlarının həbs edilməsini istəyir


İşgəncə verilmiş əfqan qız ərinin qohumlarının həbs edilməsini istəyir
İşgəncə verilmiş əfqan qız ərinin qohumlarının həbs edilməsini istəyir

Əfqanıstanda ərinin qohumları tərəfindən işgəncə verilmiş 15 yaşlı qız onların məsuliyyətə cəlb olunmasını istəyir.

Müxbirin suallarına cavab verən Səhər Gül əri, baldızı və qayınatasının onu dəmir məftillərlə döydüyünü və ona elektik cərəyanı ilə işgəncə verdiyini deyərək, onların həbs edilməli olduğunu bildirib.

Polis Səhər Gülü keçən ay Əfqanıstanın şimalında Bağlan vilayətində ərinin evinin zirzəmisində tapmışdı. Onun ağır döyüldüyü deyilirdi.

Səhər Gülü müalicə edən həkimlər yeniyetmənin vəziyyətinin tədricən yaxşılaşdığını və yaraların 30-40 faizinin sağaldığını deyib. Lakin həkim onun emosional vəziyyətinin hələ də ağır olduğunu bildirib.

Polis Səhər Gülü valideynləri onun itkin düşdüyü haqda məlumat verdikdən sonra axtarmağa başlamışdı. Rəsmilər qızın pəncərəsiz kiçik bir otaqda saxlandığını bildirib. Onun ərinin qohumları tərəfindən fahişəliklə məşğul olmağa vadar edildiyi, lakin qızın bna razı olmadığı haqda məlumat verilib.

Daxili İşlər nazirliyi Səhər Gülün qayınanası və baldızının həbs edildiyini, onun əri və qayınatasının axtarışda olduğunu bildirib.

Assoşieyted Press agentliyi Səhər Gülün ərinin Əfqanıstan ordusunun əsgəri olduğu haqda xəbər yayıb.

XS
SM
MD
LG