Accessibility links

“İrqçi şüarlara” etiraz edən Urmiyəli voleybolçular cəzalandırılıb


Yerli mediaya xəbər verir ki, stadionda türklərə qarşı irqçi şüarlar səsləndirildiyi üçün oyunu tərk edən Urmiyə Bələdiyyə Klubunun iki oyunçusu İran Voleybol Federasiyası tərəfindən cəzalandırılıb.

Urmiyədə fəaliyyət göstərən Yol Press internet portalı bu haqda məlumat yayıb.

Yayılan məlumata görə, keçən həftə Mazandaran vilayətinin mərkəzi Sari şəhərində Urmiyə və Sari şəhərlərinin voleybol komandaları arasında keçirilən bir matç zamanı “irqçi şüarlar və söyüşlər” səsləndirilib. Urmiyə komandasının oyunçuları Əbdülrza Əlizadə və Armin Təşəkküri oyunu tərk edərək şüarlara etiraz bildiriblər.

Olayın ardınca İran Voleybol Federasiyasının İntizam Komitəsi iki voleybolçunu gələcək iki mattda komandanın tərkibinə qatılmaqdan məhrum edib.

Tasnim agentliyi bildirir ki, Urmiyə klubunun qərara etirazı nəticəsində Əbdülrza Əlirzadənin cəzası şərti cəzaya çevrilmiş, Armin Təşəkkürinin isə sadəcə bir oyundan məhrum edilməsinə qərar verilmişdir.

Agentlik olayın “iki komandanın azarkeşləri arasında baş qaldıran qarşıdurmadan” ibarət olduğunu yazıb.

Son illərdə xüsusilə Azərbaycan və Əhvaz bölgələrində yerləşən idman klubları mütəmadi olaraq İran stadionlarında türklər və ərəblərə qarşı irqçi şüarların səsləndirilməsindən şikayət edirlər.

XS
SM
MD
LG