Accessibility links

Urmiyəli voleybolçu dünyanın ən yaxşı pasöru adını alıb


Səid Məruf
Səid Məruf

Səid Məruf Beynəlxalq Voleybol Federasiyası tərəfindən dünyanın ən yaxşı pasöru seçilib

Urmiyəli voleybolçu və İranın voleybol üzrə milli yığmasının kapitanı Səid Məruf Beynəlxalq Voleybol Federasiyası (FIVB) tərəfindən dünyanın ən yaxşı pasöru (toppaylayıcı) seçilərək, 2014 Dünya Liqasının Arzu Komandasında yer alıb.

Səid Mərufun kapitanı olduğu İran yığması iyulun 20-də İtaliyanın Florensiya şəhərində başa çatan 2014 Dünya Voleybol Liqası oyunlarında dördüncü yeri qazanıb.

Urmiyəli oyunçuların İranın voleybol tarixində önəmli yer tutub. Səid Məruf ilə yanaşı daha iki urmiyəli voleybolçu-Əbdülrza Əlizadə və Milad İbadipur 2014-cü il dünya liqası oyunlarında İranın milli yığmasında yer alıblar.

İran Azərbaycanının Təbriz və Ərdəbil şəhərləri ölkənin ən önəmli futbol mərkəzləri hesab edildiyi kimi, güneyin ikinci ən böyük şəhəri Urmiyə də önəmli voleybal mərkəzi olaraq tanınır. Yerli media Urmiyəni Asiyanın Voleybal Paytaxtı kimi qiymətləndirir.

İranın milli voleybol yığmalarında yer alan türk öyunçular umumiyyətlə Güney Azərbaycanın Urmiyə şəhəri və Türkmənsəhra bölgəsindən olurlar. 2014-cü il dünya liqasında oynayan türkmən voleybolçuların biri Fərhad Qaimi olub.

Təbrizdə futbol oyunları zamanı eşidilən milli şüarlara bənzər şüarlar Urmiyə şəhərində voleybol matçlarında da səsləndirilir. Ötən yanvar ayında Urmiyə voleybol stadionunda milli şuarlar səsləndirən azı iki urmiyəli gənc, o cümlədən, Nima Həsəni nəzarət altına alınmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG