Accessibility links

Umud Evrən: Orta sinifin dəstəkləyə biləcəyi tək namizəd Həsən Ruhanidir [Audio-Müsahibə]


Umud Evrən
Umud Evrən

Umud Evrən İranda seçkilərin əsasən ali ruhani liderin nəzarəti ilə yönləndirildiyini vurğulamaqla bərabər, qarşıdan gələn prezident seçkilərində orta sinif əhalinin səsinin hazırkı prezident Həsən Ruhaniyə gedəcəyini söyləyir. Siyasi ekspert Amerikanın Səsi ilə söhbətdə Həsən Ruhaninin keçən dörd ildə yürütdüyü siyasət və həyata keçirdiyi layihələri şərh edərək, onun icraatlarının qarşıdan gələn prezident seçkilərində nə şəkildə əks ediləcəyini dəyərləndirib.

Umud Evrən Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:16:42 0:00


Evrən namizədlikləri qeydiyyata alınanlar arasında heç bir türk siyasətçinin olmadığını nəzərə alaraq Həsən Ruhaninin Azərbaycan vilayətlərindən də səs ala biləcəyini proqnozlaşdirir.

Əhmədinejad dönəmində mədəni basqılar Ruhani dönəminə görə daha ağır idi. Orta sinif səsini buna görə verəcək.
Umud Evrən

Siyasi ekspertin fikrincə, İrandakı seçkiləri anlamaq üçün İran İslam Respublikasının quruluşunu və ölkədə mövcud olan idarəetmə sistemini dərk etmək lazimdir:

“İran İslam Respublikası teokratik bir hakimiyyətdir. Yəni İranda legitimliyini xalqdan deyil, 12-ci imam və dolayısı ilə Allahdan alan bir dini lider var. O dini lider üstdə durur və onun çərçivəsində daxili və beynəlxalq tənliklərdən asılı olaraq müəyyən qüvvələr və dəstələr təşkil olunur. Bu qüvvələrin yardımı ilə bir strateji mərkəz qurulur. Rejimin ayaqda dura bilməsi üçün bu mərkəz tərəfindən qərar verilir ki kimlər millət vəkili olsun, kim prezident.”

Namizədlikləri qeydiyyata alınan siyasətçilər
Namizədlikləri qeydiyyata alınan siyasətçilər


İranda seçkilər sonrası tez-tez gündəmə gələn “seçki mühəndisliyi” ifadəsinə diqqət çəkən Umud Evrən bu ölkədə seçkilərin dini lider və ona bağlı olan qüvvələrin seçdiyini millətə seçdirməkdən ibarət olduğunu önə çəkir.

Siyasi ekspert Həsən Ruhaninin keçən dörd ildəki fəaliyyətini onun prezident seçildiyi günlərdə İranın qarşı-qarşıya olduğu siyasi-iqtisadi böhranlara diqqət çəkərək dəyərləndirir.

Onun sözlərinə görə, “Əhmədinejad dönəmində İran dünyada yalnızlaşdı və Amerikanın tətbiq etdiyi ağıllı embarqolar İranda çox ağır iqtisadi böhranın ortaya çıxmasına səbəb oldu. Bu da ictimai böhranlara yol verdi. Əhmədinejaddan sonra deyə bilərik ki, bu böhranlardan qurtulmaq və rejimin hardasa yox olmasını önləmək üçün, İran Qərbə təslim olmağa məcbur oldu. Bu təslim olma özü bir proses idi və bu prosesi yaxşı yürütmək üçün bir fiqur gərəkirdi. Ruhani dövrünü danışmaq istəsək, onun ən önəmli uğuru bu təslim olma prosesini rejimin legitimliyini bərpa etmək istiqamətində yürütməsi oldu.”

Rejimin ayaqda dura bilməsi üçün bu mərkəz tərəfindən qərar verilir ki kimlər millət vəkili olsun, kim prezident.
Umud Evrən

O, əlavə edir, “amma iqtisadiyyat sahəsində Həsən Ruhani sadəcə inflyasiyanı biraz azalda bildi. Ancaq işsizlik eyni səviyyədə qaldı. İnsan haqları ilə bağlı bir iş görə bilmədi. Çevrə fəlakətləri ilə bağlı bəzi qurumlar qurdu amma əməldə heç nə edə bilmədi. Etnik cəmiyyətlər ilə bağlı müəyyən işlər görməyə çalışdı. O da təhlükəsizlik siyasətləri ilə əlaqədar idi. Demək olar ki, onun ən uğurlu yönü sanksiyalar məsələsi ilə bağlı oldu. Bunun xaricində ona uğurlu deyə bilmərik.”

May ayının 19-da keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən 6 siyasətçi qeydiyyata alınıb. Prezident Həsən Ruhani bu seçkilərdə İbrahim Rəisi, Məhəmməd Bağır Qalibaf, İshaq Cahangiri, Mustafa Mirsəlim və Mustafa Haşimi-Taba ilə yarışacaq.

Umud Evrən Həsən Ruhaninin böyük şəhərlər və ümumiyyətlə orta sinif əhalinin səsini toplaya biləcəyini söyləyir.

Əhmədinejaddan sonra İran Qərbə təslim olmağa məcbur oldu. Bu təslim olma özü bir proses idi və bu prosesi yaxşı yürütmək üçün bir fiqur gərəkirdi.
Umud Evrən

“Əhmədinejad dönəmində mədəni basqılar Ruhani dönəminə görə daha ağır idi. Orta sinif səsini buna görə verəcək. Mənə belə gəlir ki, böyük şəhərlər və orta sinif üçün Ruhanidən başqa bir alternativ görünmür. Çünki müqayisə keçmişə görə və indiki namizədlərə görə olacaq. Bu namizədlər içində də orta sinifin dəstəkləyəcəyi namizəd Ruhanidir,” o, qeyd edir.

O, qeyri-fars cəmiyyətlərin də reformçuların dəstəklədiyi Həsən Ruhaniyə səs verəcəyini proqnozlaşdırır.

“Keçmişdə qeyri-fars bölgələrin ümümiyyətlə islahatçılara səs verdiyini görmüşük... Azərbaycan daha çox islahatçılara səs verir. Türk namizədlər olanda təbii ki, səsini türklərə verir. Misal üçün, Möhsün Mehrəlizadə səsini türk bölgələrindən almışdı,” Umud Evrən əlavə edir.

XS
SM
MD
LG