Accessibility links

“Gürcüstanın öz demokratik imicini geri qaytarması üçün hələ də şansı var” [Audio-Müsahibə]


Ülvi Həsənli
Ülvi Həsənli

NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Ülvi Həsənli Səbail Rayon Məhkəməsinin jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçməsi barədə Amerikanın Səsinə müsahibə verib.

“Gürcüstanın öz demokratik imicini geri qaytarması üçün hələ də şansı var”
please wait

No media source currently available

0:00 0:04:46 0:00


Ülvi Həsənli bildirib ki, məhkəmə cəmi bir saat davam edib və jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddələri ilə - yəni sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittihamlardan əlavə bu gün yeni ittiham da irəli sürülüb. Yeni ittiham Cinayət Məcəlləsinin 315.2 -ci maddəsinə əsasən Sərhəd Xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq etməklə müqavimət göstərməyi ehtiva edir.

Əfqan Muxtarlı. Bakı, Azərbaycan. 31 may 2017
Əfqan Muxtarlı. Bakı, Azərbaycan. 31 may 2017

Onun sözlərinə görə, Əfqan Muxtarlının işi ilə bağlı daha iki vəkil Nemət Kərimli və Osman Kazımov da prosesə qoşulub.

Gürcüstanlıların özləri də bu hadisədən çox pərt olublar

Tez-tez Gürcüstan vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərlərlə əlaqədə olduqlarını bildirən Ülvi Həsənli, bu hadisədən onların da çox pərt olduğunu qeyd edib.

Gələcəkdə ciddi araşdırma olacağına ümidini ifadə edən fəal, hökümət tərəfindən video görüntülərin üzə çıxarılmasının, hadisəyə ciddi şəkildə münasibət bildirilməsinin Gürcüstan üçün də vacib olduğunu bildirib.

Ülvi Həsənli bir müddət öncə hakimiyyətyönlü "haqqın.az" saytında Gürcüstanda yaşayan azərbaycanlı fəallarla bağlı məqaləni şərh edib. Onun sözlərinə görə, adı hallandırılan şəxslərdən, Əfqan Muxtarlı daxil olmaqla artıq üçünün həbs olunması göstərir ki, məqalədə adları çəkilən digər şəxsləri də belə təhlükələr gözləyir.

Azərbaycan və Gürcüstan hökümətinin son addımları heç bir beynəlxalq prinsiplərə sığmır.

“Daşqın Ağalarlı mayın 10-na qədər Gürcüstanı tərk etməlidir. Ola bilsin onu Azərbaycana deportasiya elədilər. Burda isə onun da həbs olunacağı dəqiqdir. Bu səbəbdən də Daşqın Ağalarlı və məqalədə adı çəkilən digərlərinin təhlükəsizliyi ilə bağlı böyük narahatlıqlarımız var”

NİDA Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Ülvi Həsənli onu da əlavə edib ki, Azərbaycan və Gürcüstan hökümətinin son addımları heç bir qayda-qanuna, heç bir beynəlxalq prinsiplərə sığmır.

XS
SM
MD
LG