Accessibility links

Təbrizdə 6 bəhayi bir ay həbsdən sonra müvəqqəti azadlığa buraxılıb


Hüquq müdafiəçiləri təqribən bir ay əvvəl İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə nəzarət altına alınmış Bəhayi icmasına mənsub 6 vətəndaşın zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıdığını bildirirlər.

İnsan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinə istinadən, Şəbnəm İsaxani, Xeyrullah Bəxşi, Monika Əlizadə Əqdəsi, Kambiz Misaqi, Şəhriyar Xudapənah və Fərzad Bahadıri 250 milyon tümənlik (təqribən 60 min dollar) zəmanətlə sərbəst buraxılıblar.

HRA-nın xəbərinə görə, 6 bəhayinin məhkəmə prosesi davam etməkdədir.

Keçən bir neçə il ərzində Təbriz və Urmiyə şəhərlərində vəfat edən bir çox bəhayi türkün öz doğma şəhərlərlərində dəfn edilməsinə icazə verilməyib və onlarla bəhayi peşəkarın iş yeri möhürlənib.

Xüsusilə Şərqi və Qərbi Azərbaycan, Həmədan və Qəzvin vilayətlərində bəhayi türklər fərdi və kollektiv şəkildə İslam Respublikasının müxtəlif orqanlarının basqılarına məruz qalırlar.

Keçən bir neçə il ərzində Təbriz və Urmiyə şəhərlərində vəfat edən bir çox bəhayi türkün öz doğma şəhərlərlərində dəfn edilməsinə icazə verilməyib və onlarla bəhayi peşəkarın iş yeri möhürlənib.

İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhayi incancını “azmışların firqəsi” adlandırırlar.

İran Azərbaycanı və İranın digər bölgələrində yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən, əhli-haqq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil.

Hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını bildirir.

XS
SM
MD
LG