Accessibility links

Urmiyədə bəhayi türklərinin mağazaları bağlanır


Hüquq müdafiəçilərinin məlumatına görə, İran təhlükəsizlik qurumları Qərbi Azərbaycan vilayətində yaşayan bəhayi ailələrə qarşı basqıları artırıb.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyi son bir neçə gün ərzində azı 11 bəhayi vətəndaşın mağaza və iş yerlərinin qapadıldığını bildirib.

Umud Lətifi, İrfan Səməndəri, Arman Novruzi, İlham Əbdi, Əli Lətifi, Nasir Pənahi, Rita Lətifi, Sasan Kərimi, Bünyan Məqsudi, Qurban Nəcəfzadə, habelə soyadı Süleymani olan bir bəhayi vətəndaşın iş yeri İran polisinin ümumi məkanlara nəzarət bölməsi (Əmakin) məmurları tərəfindən möhürlənib.

Məmurların bildirdiyinə görə, dövlət qurumu bəhayilərə məxsus dini münasibətlərdə açıq olmayan mağazaların möhürlənməsinə dair qərar çıxarıb.

İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən, əhli-haqq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil.

Hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını deyir.

XS
SM
MD
LG