"Türkiyə höküməti artıq başa düşür ki, Rusiya ilə bu qədər yaxınlaşmaq ciddi problemlərə gətirib çıxaracaq"
Siyasi analitik İsa Yusibov Amerikanın Səsinə müsahibəsində son günlər Suriyanın İdlib vilayətində baş verən hadisələri şərh edib. Türkiyə hökuməti Suriya və Rusiya qüvvələrinin hücumları ilə üzləşən İdlibdəki üsyançıları müdafiə etmək üçün ötən həftələrdə əraziyə minlərlə qoşun və texnika göndərmişdi. Fevralın 27-də isə Suriya tərəfindən bombalanan Türk Silahlı Qüvvələrinin 34 əsgəri həlak olub. İsa Yusibovun sözlərinə görə, Türkiyə höküməti artıq başa düşür ki, Rusiya ilə bu qədər yaxınlaşmaq nə vaxtsa ciddi problemlərə gətirib çıxaracaq. “Türkiyə ilə Rusiyanın arasındakı indiki əlaqələr problemli bir evliliyə oxşayır. Sanki, uşaqlarına, siyasi-iqtisadi maraqlarına görə onlar biryerdə olmaq məcburiyyətindədirlər. Ancaq sırf Suriya məsələsinə gəldikdə Türkiyə dəfələrlə qeyd edib, indi isə göstərir ki, Bəşər Əsədin hakimiyyətdən getməsi Türkiyənin bölgədəki əsas prioritet məsələsidir. Türkiyə Rusiya ilə digər məsələlərdə əməkdaşlıq edə bilər amma Suriya məsələsində tərəflər arasında ciddi fikir ayrılığı var.”
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib