Accessibility links

Təbriz həbsxanasından iki siyasi məhbus və bir etirazçı azadlığa buraxılıb


Soldan Hüseyn Məhəmmədian, Ruzbeh Piri və Arəş Əhmədi Əkbəri
Soldan Hüseyn Məhəmmədian, Ruzbeh Piri və Arəş Əhmədi Əkbəri

İran Azərbaycanında Milli Hərəkatın fəalları Hüseyn Məhəmmədian və Ruzbeh Piri və son etirazlar fonunda həbs olunan etirazçılardan Təbriz sakini olan Arəş Əhmədi Əkbəri Təbriz Mərkəzi Həbsxanasından azad ediliblər.

Bölgədəki hüquq müdafiəçiləri və HRA agentliyinin məlumatına görə, milli fəal Hüseyn Məhəmmədiyan və keçirilən son etirazlar zamanı həbs olunan etirazçı Arəş Məhəmmədi Əkbəri fevralın 9-da Təbriz Mərkəzi Həbsxanasından azad edilib.

Həmçinin 2021-ci il sentyabrın 9-dan 3 illik cəzasını çəkən azərbaycanlı siyasi məhbus Ruzbeh Pirinin də fevralın 10-da Təbriz Mərkəzi Həbsxanasından azad ediliyi bildirilir.

Bu 3 nəfərin vaxtından əvvəl azadlığa çıxmasının "ümumi əfv sərəncamı" ilə bağlı olduğu ehtimal olunur.

Türk fəal Hüseyn Məhəmmədian 2020-ci il oktyabr ayında Təbrizdə İkinci Qarabağ Müharibəsi zamanı keçirilən Azərbaycana dəstək mitinqindən bir gün əvvəl təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, daha sonra məhkəmədə "İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək" və "ümumi intizam və asayişi pozmaq" ittihamlarından mühakimə edilmişdi. Məhəmmədian keçən il dekabrın 11-dən Təbriz həbsxanasında 6 aylıq həbs cəzasını çəkirdi.

Digər sərbəst buraxılan milli fəal Ruzbeh Piri, "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamından 1 il və "İran İslam Respublikasının müxalif qruplaşmalarına üzvü olmaq" ittihamından isə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi, lakin daha sonra Apellyasiya Məhkəməsi onun həbs müddətini 3 il 8 aya azaldılmışdı.

Təbrizdə etirazlar fonunda həbs edilən Arəş Əhmədi Əkbəri ilkin məhkəmədə 16 il həbsə məhkum edilsə də, Apellyasiya Məhkəməsi onun həbs cəzasını 6 ilə endirmişdi.

XS
SM
MD
LG