Türkiyə ilə Amerika və Avropa müttəfiqləri arasında İranla bağlı qarşıdurma yarana bilər. Beynəlxalq ictimiayyətin İranı nüvə mübahisələrinə görə təcrid etmək səylərinə baxmayaraq, Türkiyə İranla ticarət əlaqələrini genişləndirərək, İrana bu yaxınlarda çoxmilyardlı ödəniş həyata keçirib. Rəsmi Vaşinqton Türkiyəni İranla əməkdaşlıqdan yayınmağa səsləyir. Amerikanın ədliyyə rədmisi Rocer Kohen Türkiyəyə son səfəri zamanı Amerikanın narahatlıqlarını türk rəsmilərinə çatdırmşdı. O demişdi ki, ticari əlaqələrin dərinləşməsi beynəlxalq ictimaiyyətin İranı təcrid etmək istəyini artırır. Kohen İranın Türkiyədə fəaliyyət göstərən Millət bankının İranın nüvə proqramına yardım etdiyini deyib. Vaşinqton dəfələrlə ABŞ-dakı Türkiyə banklarına İrana qarşı tətbiq edilən sanksiyalara riayət edilmədiyi təqdirdə məhkəmə ilə üzləşəcəkləri barədə xəbərdarlıq verib. Hazırda belə banklardan biri istintaqla üzləşib. Lakin Ankara sanksiyalara riayət etməkdən imtina edir.
Türkiyə ilə Amerika və Avropa müttəfiqləri arasında İranla bağlı qarşıdurma yarana bilər
- Amerikanın səsi