Accessibility links

İran tərəfindən AKHP-nin əsas üzvlərindən biri öldürülüb


İran tərəfindən AKHP-nin əsas üzvlərindən biri öldürülüb
İran tərəfindən AKHP-nin əsas üzvlərindən biri öldürülüb

İran Azad Kürdüstan Həyatı Partiyası (AKHP) kimi tanınan yaraqlı qrupun əsas üzvlərindən birini öldürdüyünü bildirib. Dövlət mediasının məlumatında deyilir ki, İnqilab Qvardiyası əsgərləri komandir köməkçisi Məcid Kavianı "təmizləmə əməliyyatı" zamanı öldürüb. O, şənbə günü aldığı yaralardan keçinib. Qrupla İran qüvvələri arasında son illər ara-sıra atışmalar olur. İraqla sərhəd regionda yerləşən yaraqlı qrup müxtariyyət uğrunda mübarizə apardığını deyir. İran avqust ayının sonları bu qrupla mübarizəni yeniləyib. İran polkovniki Həmid Əhməd İnqilab Qvardiyasının son toqquşmalar zamanı 30 AKHP döyüşçüsünü öldürdüyünü deyib.

XS
SM
MD
LG