Accessibility links

Təbrizli siyasətçi: Media Ruhaninin azərbaycanlılara verdiyi vədlərə diqqət yetirməlidir


Həbib Şiriazər
Həbib Şiriazər

Təbriz Şəhər Şurasının üzvü Həbib Şiriazər türk dilində təhsil haqqını tələb edənlərə qarşı irəli sürülən “Pantürkizm” ittihamına da etirazını bildirib

Təbriz Şəhər Şurasının üzvü Həbib Şiriazər medianı prezident Həsən Ruhaninin Türk Dil Qurumu və Urmiyə gölü ilə bağlı verdiyi vədlərin yerinə yetirilib-yetirilməməsinə diqqət verməyə çağırıb.

“Mərkəzdə oturanların bəzisi toplumda tək kültür və tək dil yaratmaqla milli birliyi əldə edəcəklərini sanırlar. Amma, əksinə, bu iş fərqli etniklər arasında ayrılıq və düşmənlik törədər,”-deyə təbrizli siyasətçi ana dilində yazmaq və oxumağı öyrənməyin insanların təbii haqqı olaraq qiymətləndirib.

Təbrizdə fəaliyyət göstərən Nasrnews adlı internet qəzetinə danışan Şiriazər türk dilində təhsil haqqını tələb edənlərə qarşı irəli sürülən “Pantürkizm” ittihamına da etirazını bildirib.

“Azərbaycanda Pantürkist yoxdur. Amma digər etniklər arasında “Pan” vardır ki, Dil Qurumunu sadəcə hakim mədəniyyət üçün istəyirlər,”-deyə o, Ruhaninin Türk Dil Qurumunun təsisinə dair sözünün yerinə yetirilməməsini tənqid edib.

Həbib Şiriazər İran dövlətinin Urmiyə gölünü canlandırmaq istiqamətində də ciddi bir iş görmədiyini bildirərək, medianı bu vədlərə diqqət yönəltməyə çağırıb.

XS
SM
MD
LG