Accessibility links

Güneylilər yeni prezidentə seçkilərdən öncə verdiyi sözləri xatırladır



“Güneyli fəallar İranın yeni prezidenti Həsən Ruhanini seçkilərdən öncə verdiyi vədlərə əməl etməyə çağırırlar,”-deyə Azərbaycan veb səhifələri və ictimai şəbəkələrdə məlumat yayılır.

İyunun 14-də İranda keçirilən prezident seçkilərinin qalibi mötədil siyasətçi kimi tanınan Həsən Ruhaninin seçki kampaniyası zamanı dil və mədəni hüquqlar, siyası məhbuslara azadlıq, Urmiyə gölünün mühafizəsi, habelə qadın haqları kimi məsələlərlə bağlı verdiyi vədlər bu sahələrdə fəaliyyət göstərən bir çox adam tərəfindən maraqla qarşılanıb.

Bir qrup fəall ictimai şəbəkələr, o cümlədən Facebook sosial şəbəkəsində Həsən Ruhaninin Təbriz səfəri zamanı verdiyi vədlərlə əlaqədar İranda bir Türk Dili Qurumu-nun təsis edilməsi üçün imza toplamağa başlayıblar.

Azərbaycanlı fəallar həmçinin Həsən Ruhaninin tərəfdarlarının muxtəlif şəhərlərin küçələrində keçirdiyi şənlik törənlərinə qatılaraq, öz tələblərini səsləndiriblər. Zəncan şəhərində təşkil olan bir şənlik mərasimində zəncanlı qadınlar “Siyasi məhbuslar azad olsun!”, “Türk dilində mədrəsə”, “Jurnalistlər qəzetlərdəki işlərinə qayıtsın!”, “Səid Mətinpur sərbəst buraxılsın!” və “Cinsiyyətə görə kvotaya son!” kimi şuarlar yazılmış plakatlar nümayiş etdiriblər.
XS
SM
MD
LG