"Tofiq Yaqublu hesab edir ki, o cinayət törətməyib, cinayət ona qarşı törədilib"
İyunun 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Tofiq Yaqublunun həbsdə saxlanma müddətinin uzadılmasına dair qərardan şikayətə baxıb. Məhkəmə Tofiq Yaqublunun istintaq dövründə həbs müddətinin avqustun 22-nə qədər uzadılması haqda Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Yaqublu məhkəmədə deyib ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır. Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir. Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb). O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında iştirak etdiyinə görə də 30 sutkalıq inzibati həbs olunmuşdu. Bu həbs zamanı Tofiq Yaqublu işgəncələrə məruz qaldığını bildirb. Daxili İşlər Nazirliyi işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb