Accessibility links

Azərbaycanda 9 günlük Novruz bayramı tətili başlayıb


Arxiv - ABŞ səfirinin iqamətgahında Novruz şənliyi.
Arxiv - ABŞ səfirinin iqamətgahında Novruz şənliyi.

Azərbaycanda Novruz bayramı ilə əlaqədar bayram tətili başlayıb.

Nazirlər Kabineti tərəfindən təsdiqlənən qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

2023-cü ildə 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev bayram tonqalını Tərtər rayonunun azad edilmiş Talış kəndində yandırıb. Martın 17-də bu kəndə ilk olaraq 20 ailə köçürülüb. Bu, azad edilmiş Zəngilan rayonunn Ağalı kəndindən sonra məcburi köçkünlərin geri qayıtdığı ikinci kənddir. İlin sonunadək Talış kəndinə daha 180 ailənin köçürüləcəyi gözlənilir.

“Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.

İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!” Prezident Əliyev qeyd edib.

XS
SM
MD
LG