Accessibility links

Terrorçu hücumları nəticəsində dağıdılmış Dünya Ticarət Mərkəzinin yaxınlığında İslam Mərkəzi tikilməsi planı reaksiyalara səbəb olub


Terrorçu hücumları nəticəsində dağıdılmış Dünya Ticarət Mərkəzinin yaxınlığında İslam Mərkəzi tikilməsi planı reaksiyalara səbəb olub
Terrorçu hücumları nəticəsində dağıdılmış Dünya Ticarət Mərkəzinin yaxınlığında İslam Mərkəzi tikilməsi planı reaksiyalara səbəb olub

Bəzi qruplar Nyu Yorkun mərkəzində İslam Mərkəzi layihəsinin 11 Sentyabr terrorçu hücumları qurbanlarının xatirəsinə təhqir hesab edirlər

Nyu Yorkda Əkiz Binalar adlanan Dünya Ticarət Mərkəzinə İslamçı ekstremistlərin hücumundan artıq 10 ilə yaxın bir vaxt keçir. Həmin yerin yaxınlığında İslam Mərkəzi və ya məscid tikməyə çalışan müsəlman qruplar şübhə və bəzən də güclü müxalifətlə üzləşirlər. Bu sadə bir sualdır - Dünya Ticarət Mərkəzinin yaxınlığında müsəlmanların ibadət edəcəyi 13 mərtəbəli bir İslam Mərkəzinin yaradılması nə dərəcədə məqsədəuyğundur?

Mərkəzi inşa etmək istəyən qrupun bu layihəni Ground Zerodan görünməyən və özünəməxsus ərazidə həyata keçirmək hüququ var. Lakin bu fakt həmin layihəyə qarşı müxalifətin getdikçə güclənməsinin qarşısını ala bilmir.

Pamela Geller “Amerikanın İslamlaşmasını Dayandırın” qrupuna başçılıq edir. Bu qrup manhettanda planlaşdırılan layihənin əleyhinə çıxış edir. O deyir:

- “Biz Graund Zero-nun müharibə memorialı olduğunu düşünürük. Burada minlərlə insan yerin altında qalıb və burada məscid tikilməsi fikri təhqirdir.”

Məscidin tikilməsi ideyası hələ 1983-cü ildə irəli sürülüb və İmam Feysəl Əbdül Rauf o vaxtdan bu təşəbbüsə rəhbərlik edir. Keçən ay icma yığıncağında o, belə bir mərkəzin qapılarının yalnız müsəlmanlar üçün deyil, hamı üçün açıq olacağını deyib. O, həmin mərkəzdə təhsil və dinlərarası proqramların olacağını deyib və gündə 5 dəfə dua edilməsi üçün yerlərin də olacağını bildirib.

İmam müsəlmanlara terrorçu simpatiyası ilə yanaşdıqlarını deyən oponentlərin belə bir ideyanı “İslamahobiya” adlandırdıqlarını deyib.

Bu yaxınlarda keçirilən bir rəy sorğularının nəticələrinə görə, Nyu Yorkluların yarısından çoxu həmin yerdə İslam mərkəzinin tikilməsinin əleyhinədir.

Tarixi Obyektlərin Mühafizəsi Komissiyasının dinləmələrində də layihəyənin əleyhinə mövgelər səsnlənib.

Nyu York ştatına qubernator vəzifəsinə namizədliyini irəli sürən respublikaçı konqresmen Rik Lazio belə bir layihənin əleyhinə olan siyasətçilərdəndir. Konqresmen İmam Raufun belə bir fikri rədd etməsinə baxmayaraq, onun İslamçı eksremistlərlə əlaqəsi olduğunu deyir.

Komissiya bir neçə həftə ərzində qərar qəbul etməlidir. Əgər bu binanın yerində qalmasına razılıq verilsə belə, onun görünüşü dəyişməlidir.

Layihənin tərəfdarları belə bir mərkəzin yaradılamsına bu dərəcədə müxalifət göstərilməsinin Birləşmiş Ştatların digər yerlərində olan məscid və islam mərkəzlərinin icmaları arasında çaşqınlıq yaratdığını deyirlər.

XS
SM
MD
LG