Accessibility links

Tehranda hicabsızlığa qarşı reydlər başlayıb


Tehranda hicabsızlığa qarşı reydlər başlayıb
Tehranda hicabsızlığa qarşı reydlər başlayıb

İranda hər il havalar istiləşəndə, iyun ayında reydlər keçirilir. Bu layihə “əxlaq təhlükəsizliyi” adlanır.

Tehranda hicab qaydalarına nəzarəti gücləndirmək üçün şəhərin küçə və meydanlarında, parklarda, digər ictimai yerlərdə reydlər keçirilməsinə başlanıb.
İranda hər il havalar istiləşəndə, iyun ayında bu cür reydlər keçirilir. Bu layihə “əxlaq təhlükəsizliyi” adlanır.
İyunun 13-dən İran paytaxtında başlanan növbəti reydlər zamanı da, həmişə olduğu kimi, çarşab (qara çadra) yerinə manto və yaylıq geyən xanımlar saxlanır.
Reydlərdə minlərlə kişi və qadın polisi iştirak edir.
“Media forum” saytının məlumatına görə, İran hüquq mühafizə qüvvələri komandanının canişini Əhmədrza Radan iyunun 13-də jurnalistlərə açıqlamasında deyib ki, bundan sonra “əxlaq təhlükəsizliyi” layihəsi ardıcıl olaraq həyata keçiriləcək: “Bu layihəyə əsasən dar paltar geyən, saçı yaylıqdan çölə çıxan və it gəzdirən xanımlar saxlanaraq ciddi xəbərdarlıq alacaq, bəzi hallarda isə məsuliyyətə cəlb ediləcəklər”.
Əhmədrza Radan islam qaydalarına zidd qadın geyimləri hazırlayan yerli istehsalçılara da ciddi xəbərdarlıq ediləcəyini, onların məsuliyyətə cəlb olunacağını vurğulayıb.

XS
SM
MD
LG