İranda polis qüvvələrinin hicabsızlığa qarşı əməliyyatları şiddətlənib.
“Media forum” saytının məlumatına görə, mayın 16-dan paytaxt Tehranda hakimiyyətin qoyduğu hicab qaydasına tam riayət etməyən yüzlərlə gənc qadın tutularaq polis bölmələrinə aparılıb. Paytaxtın “Vənək”, “Sadiqiyyə”, “Həft-e tir”, “Həfthoz” meydanlarında və digər iri küçə və parklarda saxlananlar olub.
Aparılan reydlərdə həmçinin ənənəyə uyğun geyinməyən bir sıra gənc oğlanın da tutulduğu bildirilir.