Accessibility links

Taha Kirmani: Muharrem İnce illərdir davam edən ənənəni pozdu [Audio-Müsahibə]


Taha Kirmani
Taha Kirmani

Taha Kirmani Türkiyə toplumunun seçkilər yolu ilə öz iradəsini ortaya qoya biləcəyinə inandığını ifadə edir. Ankaradan Amerikanın Səsinə danışan jurnalist Türkiyədə iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində toplumdakı əhval-ruhiyyəni dəyərləndirib.

Taha Kirmani Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:01 0:00

Sorğu şirkətləri qarşıdan gələn seçkilərdə iştirakın yüksək səviyyədə olacağını təxmin edirlər.

İllər idi ki, Türkiyə seçkilərində Ərdoğan kimi xarizmatik liderlə yarışa biləcək xüsusiyyətlərə sahib bir lider ortaya çıxmamışdı. Muharrem İnce bu ənənəni pozdu və çox uğurlu bir kampaniya yürüdür.

Taha Kirmaninin dediklərinə görə, “bu seçkilərdə seçicilərin beynində sual işarətləri çox azdır. Həm iqtidar, həm də müxalifət cəbhəsində ittifaqların formalaşması seçicilərin hansı tərəfə səs verəcəyinə dair qərar verməsini rahatlaşdırır. Sandığa getmə meylini də çoxaldır. Buna görə, iştirak çox olacaq.”

O, müxalifət cəbhəsinin yürütdüyü seçki kampaniyasının keçmiş seçkilərə görə daha uğurlu olduğunu vurğulayır:

“Müxalifət cəbhəsində olan partiyalar müştərək namizəd çıxara bilmədikləri üçün güclərin dağılması gözlənilirdi. Lakin elə olmadı. Xüsusilə Muharrem İnce gündəmi müəyyənləşdirmək qabiliyyəti və uğurlu nitqləri ilə haradasa iqtidar cəbhəsini öz arxasınca çəkir.”

Kirmani prezident Ərdoğanın ilk dəfə Muharrem İnce kimi bir rəqiblə qarşılaşdığını önə çəkir.

“İllər idi ki, Türkiyə seçkilərində Ərdoğan kimi xarizmatik liderlə yarışa biləcək xüsusiyyətlərə sahib bir lider ortaya çıxmamışdı. Muharrem İnce bu ənənəni pozdu və çox uğurlu bir kampaniya yürüdür,” deyə Kirmani söyləyir.

Taha Kirmani hakim partiyanın da iqtidarda olma rahatlığına qapılmadığını və seçkiləri ciddiyə aldığını deyir.

Muharrem İnce və Recep Tayyip Erdoğan
Muharrem İnce və Recep Tayyip Erdoğan

Onun dediklərinə görə, “seçki kampaniyaları xüsusilə hakim partiya tərəfində ciddiyə alınır. İttifaq mövzusunda, müxaliflərin ittifaqını haradasa sadəcə kağız üzərində görürük, amma iqtidar tərəfində AK Partiya və MHP çox yaxın və paralel şəkildə hərəkət edirlər.”

Anadolunun bir çox bölgəsində şəhərləri gəzdim. Ankara və İstanbulda oldum. Buralarda müxtəlif partiyalar öz kampaniyalarını yürüdürlər amma dostcasına bir dialoq da var.

Türkiyənin fərqli şəhərləri, o cümlədən Ankara və İstanbulda seçki kampaniyalarını yaxından müşahidə etdiyini bildirən jurnalist Türkiyə toplumunun öz iradəsini seçki yolu ilə ortaya qoyacağına inandığını deyir.

“Açıqcası mən toplumda mediada əks edildiyi kimi bir qütbləşmə görmədim. İki cəbhənin zaman zaman çəkişmələrinə şahid olsaq da, əməldə mədəni və demokratik bir uzlaşma görürəm. Anadolunun bir çox bölgəsində şəhərləri gəzdim. Ankara və İstanbulda oldum. Buralarda müxtəlif partiyalar öz kampaniyalarını yürüdürlər, amma dostcasına bir dialoq da var,” deyə Taha Kirmani vurğulayır.

O, seçicinin iradəsinin keçərli və kəsərli olduğuna inandığını görür. “Seçki yolu ilə iradələrini ortaya qoya biləcəklərinə inanırlar. Seçkilərdə iştirak səviyyəsinə baxanda da bunu görürük.”

XS
SM
MD
LG