Accessibility links

“İyunun 25-də Türkiyə yeni bir dönəmə oyanacaq” [Audio-Müsahibə]


Hüseyn Paşayi
Hüseyn Paşayi

Hüseyn Paşayi Türkiyə prezident seçkilərində prezident Ərdoğanın əsas rəqibləri olan Muharrem İnce və Meral Akşenerin yürütdüyü seçki kampaniyalarının olduqca uğurlu olduğunu vurğulayır. Amerikanın Səsinə müsahibədə Türkiyədə qarşıdan gələn prezident və parlament seçkilərini dəyərləndirən Ankara Universitetinin araşdırmaçısı deyir ki, nəticə hər nə olur olsun, 25 iyunda Türkiyə yeni bir günə oyanacaqdır.

Hüseyn Paşayi Türkiyə seçkilərini şərh edir
please wait

No media source currently available

0:00 0:14:34 0:00

Hüseyn Paşayi ilk dəfə olaraq prezident Ərdoğanın qarşısına çıxan liderlər- Muarrem İnce, Meral Akşener və Temel Karamollaoğlunun Türkiyədəki siyasi-ictimai bazaları və nüfuzlarını dəyərləndirib.

Muharrem İnce CHP-də Ərdoğana ən yaxın şəxsiyyətdir. Danışma tərzi, meydanları coşdurması və kütləni hərəkətə gətirməsi ilə demək olar ki Ərdoğana yaxın bir şəxsiyyətdir.

Siyasi ekspert Muharrem İncenin əsas müxalifət CHP tərəfindən namizədliyinin irəli sürülməsindən əvvəl müxalif partiyalar arasında yürüdülən ittifaq müzakirələri və sabiq prezident Abdullah Gülü müxaliflərin vahid namizədi kimi meydana çıxarmağa dair cəhdlərə diqqət çəkir.

“Bir çox səbəbə görə bu cəhdlər uğursuz qaldı. Sonra buna qərar verildi ki, hər partiya öz namizədini çıxarsın. Səadət Partiyasi lideri Temel Karamollaoğlunu, İYİ Partiya isə lideri Meral Akşeneri namizəd göstərdi. CHP-də bir neçə namizəd gündəmə gəldi və nəhayətdə Muharrem İncenin namizədliyinə qərar verildi”- deyə, Paşayi bəyan edir.

Paşayi CHP lideri Kemal Kılıçdaroğlunun partiya daxili seçkilərdə öz rəqibi olan Muharrem İnceni prezidentliyə namizəd göstərməsini sürpriz bir olay kimi qiymətləndirib.

O, nitq söyləmək və meydanlarda coşğu yaratmaq baxımından Muharrem İncenin xarakterinin prezident Ərdoğana yaxın olduğunu deyir:

Muharrem İnce ve Recep Tayyip Erdoğan
Muharrem İnce ve Recep Tayyip Erdoğan

“Muharrem İnce CHP-də Ərdoğana ən yaxın şəxsiyyətdir. Danışma tərzi, meydanları coşdurması və kütləni hərəkətə gətirməsi ilə demək olar ki, Ərdoğana yaxın bir şəxsiyyətdir. O, 3 dəfə CHP-nin başqanlıq seçkilərində Kemal Kılıçdaroğluya qarşı namizəd olmuşdu... İndi CHP tərəfindən namizədliyi irəli sürülməsi sürpriz olay oldu.”

Muharrem İnce ve Meral Akşener, hər ikisi partiyalarının müxalif səsləri idilər. İndi onlar prezidentliyə namizəd olub çox uğurlu kampaniyalar yürüdürlər.

Hüseyin Paşayinin dediklərinə görə, hazırkı seçkilərdə prezident Ərdoğanın əsas rəqibi olan “Muharrem İncenin performansı göstərir ki, bu seçkilər sadəcə prezident ya parlament seçkiləri üçün rəqabət deyil. Bəlkə CHP daxilində də bir rəqabət var.”

O, əlavə edir, “hərçənd Muharrem İnce dedi ki, artıq partiya başqanı Kılıçdarğluya qarşı namizəd olmayacaq. Lakin həm anketlərdə, həm də CHP tərəfdarları arasında yaradılmış coşğu və İncenin mühafizəkar siniflərə müraciətinə baxanda, mənim fikrimcə, seçkilərin nəticəsi hər nə olur olsun, CHP-nin içində Muharrem İnce mehvərində böyük dəyişikliklər olacaq.”

Siyasi ekspert hesab edir ki, xüsusilə Muharrem İnce ve Meral Akşenerin yürütdüyü uğurlu kampaniyalar nəticəsində keçmiş seçkilərdə səs verməyən əhalinin böyük bir kəsimi də səs vermək üçün sandıqların başına gedəcək.

Meral Akşener
Meral Akşener

Hüseyin Paşayinin sözlərinə görə, “bu seçkilərin nəticəsi hər nə olur olsun, Türkiyənin demokratiyası qazanacaq... Muharrem İnce ve Meral Akşener hər ikisi partiyalarının müxalif səsləri idilər. İndi onlar prezidentliyə namizəd olub çox uğurlu kampaniyalar yürüdürlər... Yeni seçki qanunlarından istifadə edərək müxalif partiyalar parlament seçkilərində birləşə bilib. Nəzərə gəlir ki, məclisdə böyük bir üstünlük deməsək də, böyük bir qazanc əldə edə biləcəklər.”

O, əlavə edir ki, “fəaliyyətləri, anketləri və meydanları dəyərləndirəndə görünür ki, 25 iyunda Türkiyə yeni bir günə oyanacaqdır.”

XS
SM
MD
LG