Accessibility links

400 universitet tələbəsi İranda azlıqları təhqir etməyin qanun pozuntusu sayılmasını tələb edib


Azərbaycan Şəhid Mədəni Universiteti
Azərbaycan Şəhid Mədəni Universiteti

Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetində təhsil alan 400 tələbə/öyrənci İran televiziyasında türklərin aşağılanması ilə əlaqədar bəyanat imzalayaraq “etnik azlıqlara qarşı yürüdülən assimilyasiya və yabancılaşdırma siyasətinə son qoyulması” və “azlıqları təhqir etməyin İran qanunlarında cəzalandırıla biləcək qanun pozuntusu sayılmasını” tələb ediblər.

Bəyanatın mətni və imzaların təsvirini nəşr edən Oyan News veb səhifəsinə istinadən, son vaxtlarda Zəncan və Marağa universitetlərinin türk tələbələri də bənzər bəyanatlar nəşr ediblər.

“Azərbaycan Şəhid Mədəni” tələbələrinin bəyanatında eləcə də, İranda türk dilində proqram yayımlayan uyğun keyfiyyətdə bir telekanalın mövcud olmaması da tənqid edilib.

Urmiyəli etirazçılar İranda "türklərə qarşı irqçiliyi" məhkum edir
Urmiyəli etirazçılar İranda "türklərə qarşı irqçiliyi" məhkum edir

Noyabrın 6-da dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramında türklərin təhqir edilməsinə qarşı ortaya çıxan təpkilər noyabrın 9-dan sonra təqribən bir həftə davam edən kütləvi etirazlara çevrildi.

Hüquq müdafiəçiləri aksiyalar zamanı və aksiyalardan sonra İran Azərbaycanı və Tehranda geniş həbs dalğasının həyata keçirildiyinə dair məlumat yayıblar.

Noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzında iy gələn bir türk uşağı təsvir edilmişdi. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer almışdı.

XS
SM
MD
LG