Accessibility links

1979 Təbriz üsyanı - Amerika mediasının yazdıqları

1979-cu ildə Amerika mediasının yaydığı məlumata görə, İran İslam İnqilabından sonra Azərbaycan üçün muxtariyyət tələb edən türklər və ölkədə yaşayan digər qeyri-fars etnik qruplar Ayətulla Xomeyninin qurduğu dövlətə qarşı etiraz dalğası təşkil ediblər. Amerika qəzetləri və Associated Press xəbər agentliyi xüsusilə 1979 ilinin dekabr ayında Təbriz olayları və bölgədə nəzarəti ələ keçirən Ayətulla Şəriətmədari tərəfdarlarının təsis etdiyi Müsəlman Xalq Respublikası Partiyası ilə bağlı ətraflı məlumat yayıb.

XS
SM
MD
LG