Accessibility links

Suriyada toqquşma zamanı 5 əsgər həlak olub


Suriyada toqquşma zamanı 5 əsgər həlak olub
Suriyada toqquşma zamanı 5 əsgər həlak olub

Suriyada fəalların bildirdiyinə görə, təhlükəsizlik qüvvələri və ordudan qaçdıqları güman edilən silahlı şəxslər arasında toqquşmalar zamanı hökumət qüvvələrinin beş əsgəri öldürülüb.

Londonda yerləşən Suriya İnsan Hüquqları Monitorinq qrupu toqquşmanın Homs vilayətində baş verdiyini bildirir.

Vilayətdə hökumət qüvvələri ilə ordudan qaçdığı güman edilən əsgərlər arasında toqquşmaların artdığı müşahidə edilir.

BMT-nin Baş katibi Ban Ki Mun prezident Bəşar Əl-Əsədi vətəndaşların qətllərinə son qoymağa və insan hüquqlarının pozulduğuna dair iddiaların araşdırılması üçün beynəlxalq təhqiqata imkan verməyə çağırıb.

BMT yeddi ay bundan əvvəl Suriyada hökumət ələyhinə n nümayişlər başlayandan 3 mindən çox insanın həlak olduğunu bildirir.

XS
SM
MD
LG