Suriya fəallarının bildirdiyinə görə, Suriyanın İnsan Hüquqları Müşahidəçi qrupunun üzvünun dəfn mərasimində iştirak edən insanlara atəş açılıb.
Britaniyada yerləşən bu təşilat hökumət qüvvələrinin Eh Zor şəhərində Ziad Əl-Obeydinin dəfn mərasiminə toplaşan 7 min insana atəş açdığını bildirib.
42 yaşlı fəal dünən təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Dəməşqdə isə təhlükəsizlik qüvvələri həbsləri davam etdirir. Evbəev aparılan reydlər nəticəsndə 25 adam nəzarət altına alınıb.