Accessibility links

Rusiya Ərəb Liqasının Suriyada missiyanı dayandırmaq qərarını tənqid edir


Rusiya Ərəb Liqasının Suriyada missiyanı dayandırmaq qərarını tənqid edir
Rusiya Ərəb Liqasının Suriyada missiyanı dayandırmaq qərarını tənqid edir

Rusiya xarici işlər naziri Ərəb Liqasının Suriyada müşhaidəçi missiyasını dayandırmaq qərarını tənqid edib.

Rusiya mətbuatının verdiyi məlumata görə, Xarici İşlər naziri Sergey Lavrov əksinə, müşahidəçilərin sayının artırılmasına dəstək verə biləcəyini deyib.

Ərəb Liqasının Baş katibi Nabil Ələrəbi bundan bir gün əvvəl bildirib ki, təşkilat ərəb ölkələrinin xarici işlər nazirləri ilə danışıqlardan sonra müşahidəçilərin işinin dayandırılması haqda nəticə çıxarıb. O, zorakılıqların artırılmasına görə Suriya hökumətini günahlandırıb və hadisə qurbanlarının günahsız mülki vətəndaşlar olduğunu bildirib.

Müşahidəçi missiyasının dayandırılması haqda qərar Suriya hökumətinin paytaxt Dəməşq və ölkənin başqa böyük şəhərləri olan Homs, Həma, İdlib və Deyr El-Zur ətrafında gemişmiqyaslı hücum əməliyyatları apardığı vaxt çıxarılıb.Müxalifət silahlı qüvvələrin altı şəhəri artilleriya atəşinə tutduğunu göstərən video nümayiş etdirib.

Ərəb Liqası ölkələrinin səfirləri müşahidəçi missiyası ilə bağlı son qərar vermək üçün bu həftə görüş keçirəcək.

XS
SM
MD
LG