Accessibility links

Suriyanın Homs şəhərinin Baba Əmr bölgəsindən rəqib döyüşçülər sıxışdırılaraq çıxarılıb


Suriyanın müxalifətinin istehkamı olan Homs şəhərinin Baba Əmr bölgəsindən rəqib döyüşçülər sıxışdırılaraq çıxarılıb. Suriyanın təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, hazırda bölgə ordunun nəzarətindədir. Azad Suriya Ordusunun polkovniki Riyad Əl-Əsədə istinadən bildirilir ki, “rəqib döyüşçülər bölgədən mülki əhalinin müdafiəsi məqsədi ilə çıxarılıb”. Bu ərazi 27 gün müntəzəm şəkildə bombardman edilirdi.

Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, bugünkü döyüşlər zamanı 17 adam həlak olub. Tələfatın dəqiqiliyi müəyyən edilməyib. Qrupun bəyanatında Qırmızı Xaç döyüş bölgələrinə humanitar yardım çatdrlmağa çağırılıb. Bəyanatda Əsəd hökumətinə mülki vətəndaşlardan qisas alındığı təqdirdə, müxalif qüvvələrin ciddi cabavı ilə üzləşəcəyinə dair xəbərdarlıq verilib.

Suriyanın Pariusdə yerləşən Milli Şurasının rəhbəri Bürhan Qaliun müxbirlələ görüşü zamanı Əsəd qüvvələrinə müqavimət məqəsədi ilə hərbi şura təsis edildiyini deyib. O bildirib ki, şura Suriya daxilindəki silahlı müxalifətlə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

XS
SM
MD
LG