Accessibility links

Suriyada yolkənarı bomba partlayışı baş verib


Suriyada yolkənarı bomba partlayışı baş verib
Suriyada yolkənarı bomba partlayışı baş verib

Suriya dövlət mediasının verdiyi məlumata əsasən yolkənarı bomba partlayışı azı 14 adamın həyatına son qoyub.

SANA Xəbər Agentliyi bildirir ki, ölkənin şimal-qərbindəki İdlib vilayətində dustaqları aparan yük maşını partlayışın hədəfi olub. Hücumda 26 nəfər, o cümlədən dustaqları müşayiət edən təhlükəsizlik qüvvələri yaralanıblar.

SANA hücumlarda "silahlı terrorçuları" günahlandırıb. Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Suriyada zorakılılqar vüsət aldıqca müxalifət liderləri Ərəb Liqasına BMT-yə hərbi müdaxilə üçün müraciət etmək yönümündə təzyiq göstərirlər. Suriya Milli Şurasının rəhbəri Burhan Qaliun bu gün Qahirədə liqa rəsmiləri ilə görüşlər keçirir.

Ərəb Liqasının Suriyaya göndərilmiş 165 üzvlük müşahidəçi missiyasının mandatını uzadacağı gözlənilir.

XS
SM
MD
LG