Accessibility links

Suriyada hökumət qüvvələri 30 adamı öldürüblər


Suriyada hökumət qüvvələri 30 adamı öldürüblər
Suriyada hökumət qüvvələri 30 adamı öldürüblər

Qərb qüdrətləri Rusiya ilə Təhlükəsizlik Şurasında Bəşar əl-Əsəd hökumətinə qarşı ölçülərlə bağlı çəkişdikləri zamanda Suriyada zorakılıqlar vüsət alıb.

Suriyada qərargahlanan Lokal Koordinasiya Komitələri deyirlər ki, cənab Əsədin təhlükəsizlik qüvvələri bu gün azı 30 adamı öldürüblər. Qətl hallarının 19-u Homs vilayətində baş verib. Qrup deyir ki, şimali İdlib vilayətində mikro-avtobus hökumətpərəst qüvvələr tərəfindən yol kənarına basdırılmış minaya düşdükdən sonra 8 adam həlak olub.

Fransa, Britaniya və ABŞ Suriya hökumətinin beynəlxalq müstəvidə pislənməsinə çağırırlar. Qərb diplomatları Rusiyanın BMT Təhlükəsizılik Şurasına təqdim etdiyi qətnamə layihəsini rədd ediblər. Həmin layihədə Suriya hökuməti və müxalifət bərabər şəkildə qınanılır.

XS
SM
MD
LG